
Paşinyanın növbədənkənar seçkilərlə bağlı qorxusu yoxdur - ŞƏRH
09:12 28.08.2024
Siyasət
511
Ermənistanda orta sahibkarların iş imkanları genişlənir və bu durumda əsas seçici auditoriyası olan orta təbəqə çox güman ki, baş nazirə səs verəcək
Ermənistan rəhbərliyinin qanunvericilik dəyişiklikləri iqtisadi terror siyasətinə yönəlib. Ermənistanın “Past” qəzetinin məlumatında bu açıqlamanın guya Ermənistanın Auditorlar Palatasının sədri Naira Sərkisyana məxsus olduğu iddia edilir. Lakin müxalif kəsimi təmsil edən “Past” qəzetinin N.Sərkisyanın fikirlərini təhrif etməsi də istisna edilmir.
Nəşrin məlumatına görə, ilin birinci yarısında təxminən 120 milyard dramlıq büdcə yerinə yetirilməyib. İlin sonuna qədər də büdcənin gəlir hissəsinin nəzərdə tutulduğundan az, 250-300 milyard dram olacağı proqnozlaşdırılır.
“Past”ın şərhinə görə, Naira Sərkisyan bunun bir neçə səbəbi olduğunu qeyd edib və bildirib ki, Nikol Paşinyan hökuməti imperativ davranışlarla qorxu mühiti yaratmağa çalışır. Onun sözlərinə görə, digər səbəb hakimiyyətin erkən seçkilərə hazırlaşmasıdır: “Növbədənkənar seçkilərə gedəcəklər. Ən təsiredici sahələrdən biri biznesdir. İş adamlarına qarşı isə çox güclü dəyənək lazımdır ki, birdən-birə müxalif mövqe nümayiş etdirsələr, müxalifət partiyalarına səs versələr və sair siyasi məqsədlərinə can atsalar, bundan onları həbs etmək üçün istifadə etsinlər”.
“Past” qəzeti Baş nazir Nikol Paşinyanın mümkün erkən seçkilərdə növbəti qələbəsi üçün zəmin yaratdığını yazır.
Ermənistanın daxilində baş verən siyasi gərginlik və daxili çəkişmələri şərh edən siyasi şərhçi Asəf Quliyev isə “Sherg.az"a açıqlamasında deyib ki, hazırda Ermənistanda iqtisadi durum Nikol Paşinyan hakimiyyətə gəldikdən sonrakı dövrlə müqayisədə kifayət qədər normaldır:

“Burada müxtəlif amillərin rolu var. Rusiyaya qarşı sanksiyalar səbəbindən bir çox əməliyyatlar Ermənistan üzərindən aparıldığından ticarət dövriyyəsi fantastik dərəcədə artıb. Bundan başqa, Qərbdən müəyyən yardımlar gəlir ki, bunun da bir hissəsi iqtisadi dirçəlişə yönəldilir”.
Ermənistandakı növbədənkənar seçki məsələsinə gəldikdə isə siyasi şərhçi qeyd edib ki, hazırda Nikol Paşinyan üçün ciddi təhdid hesab oluna biləcək bir reallıq olmadığı üçün Ermənistanda növbədənkənar seçkilərin keçirilməsi aktual deyil: “Nə siyasi, nə də iqtisadi amillər belə bir addımı aktuallaşdırır.
İqtisadi amillərin siyasi proseslərə təsirinə gəlincə, indi Ermənistan cəmiyyətində orta sahibkarların iş imkanları genişlənir. Və bu durumda əsas seçici auditoriyası olan orta təbəqə çox güman ki, Paşinyanın partiyasına səs verəcək.
Paşinyan üçün yeganə arzuolunmaz seçici auditoriyası millətçi kəsimdir. Onların da bir qismi Qərbdən, bir qismi də Rusiyadan bəhrələnir. Əgər növbədənkənar seçki olarsa, Qərbdən bəhrələnən auditoriyanın aktiv olacağını gözləmirəm. Rusiyadan bəhrələnən auditoriya isə günü-gündən zəifləyir. Buna görə də Paşinyan hakimiyyəti üçün bugünkü gündə ciddi təhlükə yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
17:33 17.09.2026
Hadisə
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
17:01 17.09.2026
Gündəm
Azərbaycan gücü ilə haqlı olduğunu sübut etdi - Azər Həsrət
16:53 17.09.2026
Gündəm
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq