Elm adamları qəhvəyi yağ toxumasından PHD2 genini çıxararaq orqanizmdə maddələr mübadiləsini sürətləndirə biləcəklərini aşkar ediblər. Bu kəşf pəhriz saxlamadan daha çox kalori yandırmağa imkan verir. “Sherg.az” “NTV.com.tr”yə istinadən bidlirir ki, bundan əlavə, araşdırmalar nəticəsində bunun piylənmə və 2-ci tip diabet kimi artıq çəki ilə əlaqəli xəstəliklərin müalicəsi üçün yeni yollar aça biləcəyi bəlli olub. Alimlər müəyyən ediblər ki, orqanizm pəhriz saxlamadan daha çox kalori yandıra bilir. Nottingham Trent Universitetinin tədqiqatçıları qəhvəyi yağ toxumasından PHD2 geninin çıxarılmasının orqanizmdə maddələr mübadiləsinin sürətlənməsinə səbəb olduğunu aşkar ediblər. “Nature Communications” jurnalında dərc edilən nəticələr, geni olmayan siçanların əhəmiyyətli dərəcədə daha çox yemək yeməsinə baxmayaraq, PHD2 geni olanlara nisbətən 60 faiz daha çox kalori yandırdığını göstərir. PHD2 soyuq havada insanı isti saxlayan bir toxuma növü olan qəhvəyi piylərin tənzimlənməsində əsas rol oynayan gendir. NTU Elm və Texnologiya Məktəbinin tədqiqatçısı Dr. Zoi Michailidou bildirib ki, tapıntılar piylənmə, 2-ci tip diabet və artıq çəki ilə əlaqəli digər xəstəliklərin müalicəsi üçün yeni üsullara yol aça bilər. "Genin təsirinin azaldılması artıq çəki ilə 2-ci tip şəkərli diabet arasında əlaqəni poza bilər. Bu tapıntılar yüksək risk altında olan insanlar üçün çox vacibdir", - Michailidou deyib. Dr. Michailidou, bunun hələ erkən tədqiqat olması və insanlarda daha çox araşdırmaya ehtiyac duyulmasına baxmayaraq, PHD2 geninin yağ toxumasından çıxarılmasının maddələr mübadiləsini artıracağını və daimi pəhrizə ehtiyac olmadan kilo itkisinin davamlı olmasına imkan verəcəyini ifadə edib. Alimlər oksigen səviyyəsinin dəniz səviyyəsindən aşağı olduğu zirvələr və ya dağlar kimi yüksək hündürlüklərdə olmasının insanın maddələr mübadiləsini sürətləndirə biləcəyi fikrindədir. Tədqiqatçılar "orqanizm üçün oksigen sensoru" kimi təsvir etdiyi PHD2 genini qəhvəyi yağ toxumasından çıxararaq bu yüksək hündürlük effektini təqlid edə biləcəklərini görmək istəyib. Tədqiqatçılar, siçanlar üzərində aparılan testlərdən sonra PHD2 geninin təsirini daha yaxşı başa düşmək üçün 5000-dən çox insanın qanını analiz ediblər. Onlar PHD2 geni tərəfindən kodlanan PHD2 zülalının səviyyəsinin daha çox qarın piyi olanlarda daha yüksək olduğunu müəyyən edib. Tədqiqat qrupu həmçinin, bu genin diabet və tiroid (vəz) xəstəlikləri kimi metabolik xəstəliklər riskinin artması ilə əlaqəli olduğunu aşkar edib. Dr. Michailidou sonda açıqlama verərək deyib: "Qəhvəyi yağ, soyuq temperaturlara məruz qaldıqda insanlarda daha aktiv olan kalori yandıran toxumanın xüsusi bir növüdür. Yağ hüceyrələrinin oksigeni hiss etməsinə imkan verən bir zülalın məhv edilməsi ilə biz siçanlar üzərində təcrübə aparmaqla insan hüceyrələrinin soyuq temperaturlara məruz qalmadıqda belə kalori yandırmanın baş verə biləcəyini göstərə bildik".
Alimlərdən yeni kəşf: pəhrizsiz arıqlamaq mümkündür
09:56 17.09.2024
Cəmiyyət
152
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Analitik: Zəngəzur dəhlizinin açılması əsas şərtdir və qaçılmazdır
13:55 23.12.2024
Dünya
Ceyhun Bayramov Belqradda Səfirlər Konfransında çıxış edib
13:49 23.12.2024
Gündəm
Mask ABŞ prezidenti ola bilməz - Tramp
13:43 23.12.2024
Dünya
Balaca qorilla etibarlı əllərdədir: "Balacanın vəziyyəti yaxşıdır"
13:33 23.12.2024
Hadisə
Zelenskidən xahiş etdim ki, onu tənqid etməsin - Rutte
13:23 23.12.2024
Dünya
Lukaşenko prezident seçkilərində namizəd kimi qeydə alınıb
13:17 23.12.2024
Dünya
Pirotexniki vasitələrin satışına görə 11 nəfər saxlanılıb
13:10 23.12.2024
Hadisə
Bu il ÜÇ BÜRC üçün böyük uğursuzluqla başa çatacaq
13:04 23.12.2024
Cəmiyyət
“Keşlə bazarı”nın söküntü işləri təxirə salınıb
12:53 23.12.2024
Cəmiyyət
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:47 23.12.2024
Cəmiyyət
Gələn il azad olunmuş ərazilərdə yeni tibb müəssisələri açılacaq
12:34 23.12.2024
Sosial
Bir qrup idmançı və idman mütəxəssisləri təltif edilib
12:28 23.12.2024
Gündəm
Plastik cərrahlardan tələbimiz... - Vüqar Qurbanov
12:20 23.12.2024
Cəmiyyət
Serbiya Prezidenti Ceyhun Bayramovla görüşəcək
12:13 23.12.2024
Dünya
Söyüdlü (Zod) qızıl yatağının işlənməsinə icazə veriləcək
12:00 23.12.2024
Siyasət
Pezeşkian internet məhdudiyyəti ilə bağlı vədini yerinə yetirmir
11:47 23.12.2024
Dünya
Dini portal təqdim edildi - AMİN
11:33 23.12.2024
Cəmiyyət
Aliment borcunun hansı hallarda silinə biləcəyi müəyyən edilib
11:27 23.12.2024
Sosial
Mark Rütte: "4-5 ildən sonra ciddi problemlər yaşayacağıq"
11:20 23.12.2024
Dünya
AMB yenilənmiş 3 qəpiklikləri tədavülə buraxıb
11:13 23.12.2024
İqtisadiyyat
İlham Əliyev Roma Papasına məktub ünvanlayıb
11:07 23.12.2024
Siyasət
Putin xarici səfərlərə hazırlaşır - Peskov
11:00 23.12.2024
Dünya