Payız kədərli ab-hava gətirir?

Mütəxəssislər bu fəslin gözəlliklərindən və orqanizmə faydalarından bəhrələnməyin qısa yollarını göstərir

  Qızıl payız deyilsə də, bir çoxları məhz payızın gəlişi ilə depressiv vəziyyətə düşür. Günəşin istisinin azalması, havaların sərinləməsi, yağışlar mövsümünün başlanması, gündüzlərin qısalıb gecələrin uzanması insanlara çox zaman kədərli ab-hava gətirir. Lakin mütəxəssislər payızın gözəlliklərindən və orqanizmə faydalarından bəhrələnməyin qısa yollarını göstərir.
 “Sherg.az” Türkiyə mediasına istinadən xəbər verir ki, sosioloq və psixoloqlar arzulanmayan payızla dostluq qurmağın yollarını təqdim edib. Payızda bizə faydalı olacaq 10 fəaliyyət bunlardır:
1. İsti içkilərlə payız pikniki etmək
  Payızda edə biləcəyiniz fəaliyyətlərin siyahısını payız piknikləri ilk sırada gəlir. Bir çox insanlar "üşüsək nə olacaq?", düşünürək təbiət qoynuna getməkdən çəkinir. Lakin payızda gəzintilərin başqa zövqü var. Günəşli bir gündə marşrutu piknik yerinə və ya göl kənarına dəyişməyi və payız gəzintisinə çıxmaq tövsiyə edilir. Payızda piknik etmək və açıq havada üşüməmək üçün özünüzlə qalın, tüklü üst paltar götürə, içəridəki içkiləri ən az 3-5 saat isti saxlayan termos seçib, çantanıza şal və ya yorğan əlavə edə bilərsiniz. Payızda mənzərələri ilə valeh edən yerlər hər bir ölkədə mütləq vardır.
2. Təbiətlə baş-başa olmaq
  Növbəti təklif payızın ən əyləncəli fəaliyyətlərindən birindən gəlir. Tonqallar, bəlkə də, payızın və təbiətdə keçirdiyimiz günlərin ən xoş məqamlarından biridir. Hər kəsi eyni çevrə ətrafında toplaya bilən, bəzən yemək bişirmək, bəzən isinmək, bəzən də söhbət edib xəyal qura bilən nadir fəaliyyətlərdən biridir. Marşrutu istiləşmək və tonqal ətrafında söhbət edə biləcəyiniz bir gün üçün düşərgə sahəsinə çevirə bilərsiniz. Bu sizə təbiətlə baş-başa qalmaq və dostların əhatəsində olmaq sevinci gətirəcək.
3. Payız gəzintilərinə çıxmaq
  Düşmüş yarpaqların müşayiəti ilə payız gəzintisinə nə demək olar? Gəzinti hər an edilə bilən bir fəaliyyət olsa da, payızda tökülmüş yarpaqların xışıltısını eşitmək insana zövq verir. Hər səhər gəzintiyə çıxın, parklara gedin, lazım gələrsə, hətta meşəlik ərazilərə, qoruqlara da getmək məsləhətdir.
4. Günbəz/Glamping tətili edin
  Bu payız və qışda fərqli bir təcrübə yaşamaq istəyirsinizsə, biz sizə alternativ yaşayış təklifləri ilə gəlirik! Önümüzdəki aylarda bir neçə günlük tətilə getməyi planlaşdırırsınızsa, gedəcəyiniz yerdəki qübbəli və ya glampinq hotellərinə nəzər salmanızı tövsiyə edirik. Qlampinq hotelləri əslində, adi düşərgə çadırı təcrübəsini növbəti səviyyəyə qaldıran hotellərdir. Bir glampinq hotelinə gedib oradakı çadırlarda qaldığınız zaman ənənəvi düşərgə çadırlarından fərqli olaraq təbiət qoynunda daha dəbdəbəli və komfortlu qalmaq şansı əldə edirsiniz.
5. Evinizi payıza uyğun təzələyin
  Havalar soyudusa mənzili soyuq havaya uyğun yeniləmək lazımdır. Ev əşyalarını elə seçin ki sizə isti, rahat mühitdə olduğunuzu hiss etdirsinlər. İsti rənglər payızda lazımdır. Döşəməyə qırmızı, sarı, narıncı rənglərin üstün olduğu xalı döşəmək, divanın örtüyünü payıza uyğun dəyişmək, mətbəxə müxtəlif rəngli əşyalar düzmək kefinizi açacaq.
6. Yeni ləzzətlərin necə hazırlanacağını öyrənin
  Bu mövsüm evdə fərqli olaraq nə edə biləcəyinizi düşünürsünüzsə, bu təklif sizin üçündür. Əvvəllər heç vaxt sınamadığınız ləzzətləri hazırlamağı öyrənməyə nə deyirsiniz? Qışa hazırlıq görə bilərsiniz. Müxtəlif mürəbbələr, cemlər hazırlamaq, turşu hazırlamaq üçün payız ideal mövsümdür. Başınız qatışacaq, həm də qış tədarükü etmiş olacaqsınız.
7. Payızda düşərgə təcrübəsi
  Bu tövsiyə payızda düşərgə etmək istəyənlər üçündür. Təbiətdə qalmağın, bəzən telefonun belə qəbul olunmadığı yerlərdə, cırcır böcəklərinin müşayiəti ilə yuxuya getməyin, qırmızının minlərlə çalarlarına gözümüzü açmağın doğurduğu xoşbəxtlik və həyəcan hissini başqa şeylər hesab edirik.
9. Bitkilərlə təmasda olmaq
  Əgər payızda təkcə nəhəng şam ağacları ilə deyil, həm də kiçik bitkilər və sukkulentlərlə vaxt keçirmək istəyirsinizsə, çiçək əkmə, köçürmə və yeni bitkilərin alış-verişi kimi fəaliyyətlərə də şans verə bilərsiniz.
10. Kiçik hotelləri nəzərdən keçirin
  İndi siyahıdakı son təklifə gəldik! Əgər həftə sonu olsa belə, şəhərdən uzaqlaşmaq istəyirsinizsə, kaminli butik hotelləri də nəzərdən keçirə bilərsiniz. Hər bir paytaxt şəhərdə çoxlu kiçik hotel və hostellər var. İstəyirsinizsə, bu hotelləri təkcə yaşayış üçün deyil, həm də həftəsonu səhər yeməyi üçün də seçə bilərsiniz.