İqtisadçı qeyd edir ki, tez xarab olan məhsulların itkiyə getməsi labüddür
“Bunu həll etmək mümkün deyil. Tez xarab olan məhsullar var, bu, qiymətin ucuz və ya baha olmasından asılı deyil”
Ərzaq təhlükəsizliyi hazırda dünyanın bir nömrəli qlobal problemləri sırasındadır. Təbii ehtiyatların getdikcə azaldığı bir vaxtda dünya dövlətləri çıxış yolunun yerli istehsallın artırılmasında olduğunu yaxşı anlayır və bu istiqamətdə fəaloyyətlərini artırmağa çalışırlar. Fəaliyyət nədən ibarət ola bilər, təbii ki kənd təsərrüfatı təyinatlı torpaqların daha geniş miqyasda becərilməsi, heyvandarlığın daha da inkişafı. Təəssüf ki ölkəmizdə bu yöndə müsbət fəaliyyətlərin o qədər də şahidi olmuruq. Fermerlər hələ də narazıdır. Əkin-biçinlə, heyvandarlıqla məşğul olanlar dəstək mexanizmlərinin azlığından şikayət edir. Fermerin bazara çıxış imkanları artmayıb. Bazar yenə də alverçilərin, marketlər isə tədarükçülərin ixtiyarındadır. Yay mövsümü ərzində dəfələrlə bu mövzuya toxunuldu. Yay mövsümünün əsas tərəvəzləri – pomidor, xiyarın qiymətləri çox yüksək oldu: pomidor 3.50-4 manat, yelpənək xiyar 3 manata satışa çıxarıldı. 1.70-lik pomidordan danışmağa dəyməz, çünki yeyiləsi deyil. İndi isə payız mövsümüdür və vəziyyət eynilə təkrtarlanır. Sahədən 60-70 qəpiyə alınan mövsüm meyvəsi üzüm şəhərdə 3manata satılır (1.40-1.70-ə olanların saplağı çoxdan quruyub, dənələri tökülür, qurd basıb - M.R.). Məsələ burasındadır ki, şəhərdə meyvə-tərəvəzin qiymətləri əl yandırdığı halda, məhsulu becərən bundan faydalana bilmir. Sahədən qəpik-quruşa alınan məhsulun şəhərə gəlib çıxanadək (yəqin, hər kilometrə görə) qiyməti qalxırdı. Bu azmış kimi, bir çox hallarda fermerlər yetişdirdikləri məhsulu sahədən də sata bilmirdilər. Belə olduqda məhsul ya sahədə qalıb çürüyür, ya da tədarük məntəqələrinə dəyər-dəyməzinə təhvil verilir, fermer yenə qazanc əldə edə bilmir. Başqa problem markletlərdə yüksək qiymətə sstışa qoyulan meyvə-tərəvəzin alıcı tapmaması, xarab olmuş məhsulun zibil yeşiklərinə atılımasıdır. Məsələn, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindəki “Araz” market yay mövsümü ərzində demək olar hər gün xarab olmuş meyvə-tərəvəzi arxa küçədəki zibilliyə tökürdü. Ətrafda yaşaya əhali isə bu xarab məhsulu evinə daşıyırdı. Məlum məsələdir ki, meyvə-tərəvəz tez xarab olan məhsuldur. Həm də yayda. Amma heç bir market tez xarab olan məhsulu xarab olmamış nisbətən ucuz qiymətə satışa çıxarmır. Uzaqbaşı artıq xarab olmağa, çürüməyə başladığını gördükdə “endirim” edir, kasıb camaat bir qədər də eşələyib babatlarını tapıb alandan sonra yerdə qalanını da zibilliyə tökür. Vəziyyət budur. Dünya ərzaq böhranından çıxış yolları aradığı bir dönəmdə məhsulun tarlada, bostanda məhv olması, şəhərə gətirilənlərin də zibilliyə atılmasına nə ad qoymaq olar? Ölkəni ərzaq qıtlığına sürükləmək! Ərzaq təhlükəsizliyini təhdid etmək!
Problemlə bağlı Bakupost.az -a danışan iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, fermer bazara çıxış əldə edə bilmir, onun hazır məhsulu realizə etməsinə süni əngəllər yaradılır: “Ona görə də bir çox fermerlərin məhsulu əlində qalır. Bəziləri hətta hazır məhsulu sata bilmədiyi üçün zibilliyə atır. Beləcə, hər il yay-payız aylarında on min tonlarla məhsul zay olub gedir. Açıqlanan rəqəmlərə görə, bu ilin müvafiq dövründə 130 min ton tərəvəz itkiyə gedib. Bu da fermeri həvəsdən salır. Həmçinin növbəti il üçün həmin məhsulların daha az əkilməsinə səbəb olur. Nazirliyin geniş maliyyə imkanları var. Bu imkanlardan istifadə edib yayda tərəvəzlərin, payızda isə meyvələrin tədarükünü aparmaq olar. Bununla da orqanik və yüksək keyfiyyətli məhsulların bazara daha çox daxil olmasına imkan yaradılar. Beləliklə, tonlarla məhsulun zibilliyə atılmasının qarşısı alınar. Ən önəmlisi isə fermerlərdə daha çox məhsul yetişdirmək həvəsi yaranar. Bu da son nəticədə il boyu bazarda məhsul bolluğuna və qiymət ucuzluğuna şərait yaradar”.
Kənd təsərrüfatı üzrə mütəxəssislər daim bu haqda fikir yürüdərək qeyd edilər ki, Kənd Təsərrüfatı Nazirliyi fermerlərə məsləhət verməli, tələbatı nəzərə alaraq hansı məhsulun daha çox yetişdirilməli olduğunu düzgün proqnozlaşdırmalı, hazır məhsulun istehlakçıya çatdırlmasında fermerlərə yardım etməlidirlər. Bunlar olmadıqca məhsul da itkiyə gedəcək, fermer qazanc əldə etməyib işdən soyuyacaq, satış qiymətləri də yüksək olacaq. Münbit torpaqları olan ölkənin əhalisi niyə meyvə-tərəvəzə həsrət qalmalıdır? Bu torpaqlarda heç nə yetişmirsə, elan edilsin, əhali də bilsin. Amma yox, yetişirsə, niyə bunca bahalıqdır, bunun da şübhəsiz bir açıqlaması, izahı olmalıdır.
İqtisadçı Xalid Kərimli "Sherg.az”a açıqlamasında qeyd etdi ki, məsələni fermerlər özləri tənzimləməlidir:
- Bazarda tacirlər yer götürür. O yeri 365 gün saxlayırlar. Hansısa fermerin pomidoru sahədə qalıbsa, bazardakı tacir fermerə deməyəcək gəl, sən pomidorunu burada sat, mən çıxım gedim. Bu, mümkün olan hal deyil. Tacir – satıcı bazarda o piştaxta üçün müvafiq dəyər ödəyib, satın alıb. Təbii olaraq da qazanc əldə etməyə, ödədiyi pulun müqabilində qazanmaq istəyir. Bazarlarda piştaxtaları bazarın sahibi əvvəlcədən tacirlərə verir. Fermerlər özləri məhsulların tacirə, bazaar çatdırılmasına çalışmalı, tacirlərlə əlaqə qurmalıdırlar. Fermerin işi istehsal etmək, satıcının işi satmaqdır. Fermer çaışmalıdır ki yetişdirdiyi məhsula alıcı tapsın, məhsulun vaxtında bazaar çatdırılımasına nail olsun. Bəzən biz hər bir işin, problemin dövlət qurumları tərəfindən tənzimlənməsini istəyirik, tələb edirik. Amma bu, düzgün deyil. Fermer məhsulu yetişdirmədən öncə onun alıcısını tapmalı, müəyyənləşdiməlidir. Bilməlidir ki yetişdirdiyi məhsulu sabah hansı bazaar çıxaracaq, kimə satacaq. Dövlət sifarişi olsa, başqa məsələ. Əvvəlcədən bilinir ki məhsul necə tədürük olunacaq, alış qiyməti neçəyədir. Amma fərdi qaydada özü məhsul becərən fermer itkiləri gözə alaraq əvvəlcədən işini planlaşdırmalıdır. Fermerlərlə bu haqda iş aparılmır, onlara marketinq məsələləri öyrədilmir. Fermer tez xarab olan mıəhsula alıcını daha tez tapmalıdır ki, məhsul itkiyə getməsin. Bazarla, tacirlə əlaqə qurmaq əsasdır.
Marketlərin meyvə-tərəvəzi zibilliyə atmasna gəlincə, X.Kərimli qeyd etdi ki, tez xarab olan məhsulların itkiyə getməsi labüddür:
- Bunu həll etmək mümkün deyil. Tez xarab olan məhsullar var, bu, qiymətin ucuz və ya baha olmasından asılı deyil. Marketlər meyvə-tərəvəzi tədarük məntəqlərindən alır. Onlarla müqavilə bağlayırlar, tədarükçü də super-marketləri məhsulla təmin edir. Sahibkarlar tədarük məntəqələri ilə işləyir, məhsulun çeşidlənməsini həmin məntəqə tənzimləyir. Market sahibi məhsul satılmayanda endirim edir. Bu məsələdə vahid həll yoxdur. Sahibkar məhsulu aldığı qiymətdən baha satmağa çalışır. İtkilərin ziyanların qiymətini də məhsulun üzərinə qoyur. Ona görə də qiymət yüksək olur. Bu sistem belə işləyr, belə də işləyəcək. Bunları nəzərə alan fermer işini əvvəldən düzgün qurmalıdır.