Əksər valideynlər, övladlarının faydalı hesab edilən qidalara deyil, zərərli olanlara meyl etməsindən narahatdır. Xüsusən də körpələr anaların bütün israrına, təkidinə, bəzən xoş, bəzən sərt davranışlarına, tənbehlərinə baxmayaraq, şorba və ya ət yeməklərini, kələm, kök kimi faydalı tərəvəzlərdən imtina edir, ağızlarını büzərək yeməyi geri itələyirlər. Analarsa bu zaman adətən, “mən harada səhv etdim ki, bu uşaq belə tərs, yemək sonalayan oldu?!” düşünüb, çıxış yolu tapmağa çalışırlar.
“Sherg.az” “Habertürk”ə istinadən bildirir ki, alimlər bunun səbəbini tapıb. Demə, günah valideynlərdə deyilmiş, hər şey genlərə bağlıdır. Elmi araşdırmalar göstərir ki, yemək seçmək xüsusiyyəti genetikadan asılıdır. Alimlər qəti surətdə məsləhət görür ki, uşaqlara faydalı tərəvəzləri, yeməkləri körpə yaşlarında püre, yaxud da şorba şəklində yedirmək gərəkdir. Bu, uşağın gələcək menyusunun təməlinin atılması deməkdir. Böyük Britaniyada aparılan son araşdırmalar zamanı məlum olub ki, yemək seçmək xüsusiyyəti genetika ilə bağlıdır və bu meyl erkən yeniyetməlik dövründə də davam edə bilər. 16 aylıqdan 13 yaşa qədər olan eyni əkizlərlə eyni olmayan əkizlərin qidalanma vərdişləri müqayisə edilərək bunun nə qədərinin genetika, nə qədərinin isə ətraf mühitə bağlı olduğu araşdırılıb. Eyni əkizlər yemək haqqında nə qədər seçici və ya yeni dadlara açıq olduqları üçün qardaş əkizlərdən daha çox oxşar idilər. Bu, güclü bir genetik komponentə işarə edir. Lakin uşaqların yediyi qidaların çeşidini artırmağa kömək edəcək strategiyalar (müxtəlif qidalar təklif etmək də daxil olmaqla) hələ də xüsusilə erkən uşaqlıq dövründə faydalı ola bilər. Araşdırma “Journal of Child Psychology and Psychiatry” jurnalında dərc olunub. Böyük Britaniyanın aparıcı universitetlərindən biri olan London Universitet Kollecinin tədqiqatının baş müəllifi, professor Klara Levlin qeyd edib ki, ailə yeməklərində iştirak etmək böyük ölçüdə valideynlikdən qaynaqlanır." "Bu, uşaqların üslubundan çox, onların arasındakı genetik fərqlərdən asılıdır" deyib. Seçimli yemək meyilləri erkən yeniyetməlik dövründə davam edir, yeddi yaşında bir qədər zirvəyə çatır. Genetik təsirlər yaşla artaraq 3-13 yaş arasında 74 faizə yüksəlir”. Evdəki faktorlar, məsələn, ailə olaraq birlikdə masa arxasına əyləşmək körpələr üçün çox vacibdir. Uşaqlar böyüdükcə evdən kənar təsirlər, məsələn, fərqli dostlara sahib olmaq daha mənalı olur. Dr. Levlin, tədqiqatın xüsusi olaraq seçici yeyənlərə kömək etmək məqsədilə strategiyalar hazırlamaq üçün hazırlanmadığını, lakin müəyyən üsulların seçici yeyənlər üçün faydalı ola biləcəyini təklif edib. Strategiyalar bunlardır:
- Uşaqlara geniş çeşiddə yeməklər təqdim etməyə davam edin.
- Uşaqların əvvəllər rədd edə biləcəyi qidaları müntəzəm olaraq təklif etmək. Bu, yemək vaxtı deyil, sakit bir mühitdə olmalıdır.
- Uşaqlarla oturub yemək yeyin və çox stresə düşməməyə çalışın.
Mütəxəssislərin fikrincə, yeməkləri çox sonalayan uşaqlarda narahatlıq, diqqət çatışmazlığı və hiperaktivlik pozuqluğu və autizm halları müşahidə edilir. Bu uşaqlar yeməkdən imtina edən - məhdud qida qəbulu pozğunluğu riski altındadırlar. Belə hallarda uşaqlarda əhəmiyyətli çəki itkisi yaşanır. Çəki itkisini gizlətmək və ya bədəni isti saxlamaq üçün üst-üstə paltar geyindirirlər. Uşaqlarda qəbizlik, qarın ağrısı, soyuğa qarşı dözümsüzlük, yuxululuq və ya həddindən artıq enerjili olmaq, heç bir səbəbi bilinməyən davamlı, qeyri-müəyyən mədə narahatlığı və ya yemək zamanı toxluq hissi, yeməyin yalnız müəyyən hissələrini yemək, boğulma və ya qusma qorxusu, iştahsızlıq və ya yeməyə maraq olmaması, zamanla daha da pisləşən seçici yemək davranışı formalaşır.