Cinayət Məcəlləsinin təkmilləşdirilməsi üzrə müzakirələr aparılıb
Yusif Nəzərli
06:53 28.10.2024
Sosial
440
Azərbaycan Respublikası Ali Məhkəməsinin yanında Elmi-məsləhət şurasının hibrid formatda növbəti iclası keçirilib.
Bu barədə APA-ya Ali Məhkəmədən məlumat verilib.
Ali Məhkəmənin Cinayət kollegiyasının hakimləri, Baş Prokurorluğun nümayəndələri, hüquqşünas ekspertlərin iştirakı ilə keçirilən iclasda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsində nəzərdə tutulmuş “Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)” cinayətinin cinayət-hüquqi xarakteristikası, bu, habelə rüşvət alma və rüşvət vermə cinayətlərinin bir-birindən, eləcə də dələduzluq və s. oxşar cinayətlərdən fərqləndirilməsi” mövzusu müzakirəyə çıxarılıb.
Bildirilib ki, Cinayət Məcəlləsinin 312-1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərə dair işlərin araşdırılması və onlara məhkəmədə baxılması üzrə təcrübənin mövcud vəziyyəti onu göstərir ki, nüfuz alveri cinayətini səciyyələndirən obyektiv və subyektiv əlamətlər barədə vahid və düzgün hüquqi yanaşmaların formalaşdırılması məqsədilə diskussiyaların aparılmasına ciddi tələbat var.
İclasda Cinayət Məcəlləsinin 312-1-ci maddəsində nüfuz alverinin cinayət olaraq təsbit edilməsi “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” Avropa Şurasının 27 yanvar 1999-cu il tarixli Konvensiyasından irəli gəldiyi üçün təcrübədə Konvensiyanın müddəalarının təfsiri və milli qanunvericiliyin normaları ilə əlaqələndirilməsi ilə bağlı sualların yarandığı qeyd olunub və bu, habelə digər problemli görünən məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Nüfuz alveri cinayətinin, eləcə də rüşvət almanın dələduzluqdan fərqləndirilməsi ilə də bağlı təcrübədə çətinliklərin olduğu vurğulanıb və bu problemli məsələlərin düzgün həllinə xidmət edən fikirlər söylənilib, konkret təkliflər irəli sürülüb.
İclasın sonunda Ali Məhkəməyə təqdim olunmuş mülahizələrdə və iclasının gedişində Cinayət Məcəlləsinin 312-1-ci maddəsi üzrə hüquq tətbiqetmə təcrübəsinin təkmilləşdirilməsinə dair fikirlərin və irəli sürülən təkliflərin vahid hüquqtətbiqetmə təcrübəsinin formalaşdırılması baxımından faydalı olduğu qeyd olunub.
Eyni zamanda iclasda səsləndirilən təkliflərin Cinayət Məcəlləsinin 312-1-ci maddəsinin təkmilləşdirilməsi üzrə layihələrin hazırlanması işinə töhvə verəcəyi xüsusilə diqqətə çatdırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol