Qara Cümə endirimlərində izdiham: Səhər azanında sıraya düzülüblər

Hər ilin noyabr ayında keçirilən “Qara Cümə” endirimləri səbəbindən bu il İstanbulun müxtəlif ticarət mərkəzlərində uzun növbələr yaranıb. Səhər saatlarında ticarət mərkəzinin qapısında növbə tutan insanlar endirimli məhsul almaq üçün bir-biri ilə yarışıb.

Sherg.az xəbər verir ki, dünyada hər il təkrarlanan “Qara Cümə” adlı endirimlərdən yararlanmaq istəyənlər səhər saatlarından Esenyurtdakı Ticarət Mərkəzinin qarşısında növbəyə düzülüblər.

Ticarət mərkəzinin açılma vaxtını gözləyən insanlar qapının açılması ilə içəri axışıblar.

Növbə başında dayanan Arzu Evin adlı qadın "Növbə gözləyirik. Onlayn alış-veriş edə bilmədik, məhsullar tükəndi. Səhər saat 06.30-dan gözləyirik. İstədiyimiz məhsulları tapacağıq" deyib.

Batuhan Özmen xına əşyaları alacağını bildirərək qeyd edib: "Səhər saat 07.30-dan bəri gözləyənlər var. Diqqət etdinizsə, əksəriyyət həmişə qadınlardır. Kişilər istədiklərini alıb dərhal ayrılırlar. Məncə qadınlar gəzdikləri üçün erkən gəlməyi gərək sayırlar".