Birbank mobil tətbiqinin fəaliyyəti bərpa edilib - YENİLƏNİB

Birbank mobil tətbiqinin fəaliyyəti bərpa edilib.

Bu barədə Trend-ə Kapital Bankın mətbuat xidmətindən məlumat verilib.

Birbank mobil tətbiqindəki çətinlik aradan qaldırılıb və tezliklə tətbiq tam şəkildə bərpa olunacaq.


***

21:47

Hazırda Birbank mobil tətbiqinin fəaliyyətində müvəqqəti fasilələr yaranıb.

Bu barədə Trend-ə Kapital Bankın mətbuat xidmətindən məlumat verilib.

"Bank əməliyyatlarını rahat və fasiləsiz həyata keçirməyin müştərilərimiz üçün nə qədər vacib olduğunu anlayır, yaranan narahatlığın ən qısa zamanda həlli üçün tam gücümüzlə çalışırıq.

Həmçinin məlumat üçün bildirmək istəyirik ki, müştərilərimiz kartla POS-terminal, eləcə də Apple Pay və Google Pay ödənişlərini rahatlıqla edə bilərlər.

Müştərilərimizə anlayışları üçün təşəkkür edirik", - deyə Bankdan bildirilib.