Bu rayonun bir hissəsində qaz olmayacaq

Xəzər rayonunun Mərdəkan prospektində qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi məqsədilə 19.03.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.


"Azəriqaz"dan Sherg.az-a verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Mərdəkan qəsəbəsində İ.Nəsimi, Ş.İ.Xəqani, M.Ə.Sabir, Məmmədyarov və Aviaşəhərcik küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.