Qubadlıda sümük qalıqları aşkarlanıb

Qubadlıda insan sümüyünə bənzər sümük qalıqları aşkar edilib.

APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, qalıqlar Qubadlı rayonunun Dəmirçilər kəndi ərazisində qazıntı işləri aparılırakən tapılıb.

Faktla bağlı Qubadlı rayon prokurorluğunda araşdırma başlanılıb.