Arvadı cəza verdi

Hüseyn zurnasını 40 gün dağda ifa edəcək

Türkiyənin Aydın bölgəsində təqaüdə çıxan 67 yaşlı Hüseyin Güler atasından miras qalan zurnaçılığa maraq göstərib. H.Gülerin zurna çalması həyat yoldaşı Nilüfər Güleri rahatsız edib və qadın ona 40 gün dağda zurna çalmaq cəzası “kəsib”. Güler ailəsi Aydının Nazilli bölgəsi Kırsal İşıqlar məhəlləsində yaşayır. 
“Şərq” “Milliyyet.com”a istinadən xəbər verir ki, Hüseyin Güler təqaüdə çıxdıqdan sonra boş vaxtlarını atasından qalan zurnanı çalmaqla keçirirmiş. Lakin zurnanın səsi həyat yoldaşının xoşuna gəlməyib. Qonşular da zurnanın səsindən rahatsız olub, H.Gülərə etiraz ediblər. Həyat yoldaşı H.Gülərə evdə zurna çalmağı qadağan edib. Nilüfər Gülər həyat yoldaşına “40 gün dağda zurna çalacaqsan. Ancaq bu halda səni bağışlayaram” deyib kişini dağa “sürgün edib”. Hüseyin Gülər də çarəsiz qalıb, gündüzlər yaxınlıqdakı dağlıq ərazidə zurnasını çalır, gecə evə qayıdır. 40 günün tamamında həyat yoldaşının onu bağışlamasını gözləyir. H.Gülər DNA müxbirinə bunları söyləyib: “Musiqiçi ailəsində böyümüşəm. Atam, böyük qardaşım zurnaçı idilər. Pandemiya dövründə evimizin eyvanına çıxıb zurna çalırdım. Zurnma çalmağı çox sevirəm. Bu alət məni duyğulandırır. Vaxt olub ki, zurna çalanda gözlərimdən yaş axıb. Təqaüdə çıxdım, evdə zurna çalmağa başladım. Amma həyat yoldaşım rahatsız oldu. Bir neçə dəfə məndən xahiş etdi ki, çalmayım. Buna rəğmən çalmaqda davam etdim. O da əsəbiləşib  “get zurnanı dağlarda çal”, dedi və 40 günlük cəza verdi. Cəzamın yarısı bitib. 40 günün tamamında məni bağışlayacaqmı, bilmirəm, bağışlamasa, dağlarda zurna çalmağa davam edəcəm”.  
Məlahət