Aydın Xan Əbilov: “Uşaqlarımıza yalnız milli adların qoyulmasının tərəfdarıyam”
Aynur Babazadə
11:55 19.07.2020
Cəmiyyət
2340
Bu ilin 6 ayı ərzində körpələrə ən çox qoyulan adlar məlum olub. Ədliyyə Nazirliyindən bildirilib ki, cari ilin 6 ayı ərzində doğumu qeydə alınmış körpələrdən oğlan cinsindən olanlara Yusif, Əli, Hüseyn, Uğur və Ömər, qız cinsindən olanlara isə Zəhra, Nuray, Zeynəb, Aylin və Fatimə kimi adların verilməsi üstünlük təşkil edib.
Hər bir adın bizə bəlli və bəlli olmayan mənaları vardır. Bəs valideynlər övladlarına ad qoyarkən nəyə əməl etməlidirlər?
Sualımızı cavablandıran İctima Nəzarət Komissiyasının baş katibi, Yeni Yazarlar və Sənədçilər İctimai Birliyinin sədri, yazıçı və kulturoloq Aydın Xan Əbilov Sherg.az a bildirib ki, hər bir millət öz nümayəndələrinə verdiyi adlarla tanınır:
“Vaxtilə SSRİ-nin kəskin dövründə nə qədər bizə hücumlar olsa da, fəxrlə ata adının sonluğuna "oğlu” sözünü artırır və milliliyimizi sübut edirdik. M.Ə.Sabir, Mirzə Cəlil məktəbindən indiki dövrə qədər Azərbaycan dilinin saflaşması, milliləşməsi ilə bağlı böyük hərəkat başladı. Azərbaycan dilinin təmizlənməsi, xalq dilindən götürülən sözlər, ifadələr adların qoyulması ilə bağlı prosesdə də özünü göstərdi. Sovet dövründə bir çox hadisələr baş verdi. Valideynlər xarici əsərlərindəki qəhrəmanların adlarını qoymağa başladılar. Uzun müddət ərəb və fars dilli sözlər və adlar xalqımız tərəfindən övladlarına qoyulurdu. Yazıçılarımız, şairlərimiz bununla bağlı uzun müddət etirazlarını bildirdilər . Son vaxtlar Şərqdə də eyni proses baş verir. Bir çox adlara baxdıqda ya ərəb, ya da fars dilli sözlərdir. Türkçə türkcəsindən bizə adlar da keçməyə başlayıb. Ola bilər ki, bu, türk televiziya verilişləri, filmləri və seriallarının təsirindən irəli gəlir.
Valideynlər öz övladlarına ad qoyanda müəyyən məqamlara xüsusi diqqət etməlidirlər. Hər kəsdə milli hiss, duyğu olmalıdır. Yalnız milli adlarımızın qoyulmasının tərəfdarıyam. Millətin ad qoyma mədəniyyəti var. Bu mədəniyyəti pozmaq olmaz. Bununla bağlı qanunvericilikdə müəyyən müddəalar verilib. Ərəb, ingilis, rus diliylə Azərbaycan türkü, Osmanlı türkü arasındakı fərqi qoyulan adlardan görə bilərik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalibaf: Tramp İranı təslim olmağa məcbur etmək istəyir
20:00 29.04.2026
Region
Bayramov Uruqvayın XİN rəhbərinin müavini ilə görüşdü
19:45 29.04.2026
Siyasət
Bu halda İrana qarşı hərbi variant nəzərdən keçiriləcək...
18:46 29.04.2026
Dünya
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
18:38 29.04.2026
Gündəm
Naxçıvanda duz istehsalı bərpa olunub
18:30 29.04.2026
Ölkə
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
17:52 29.04.2026
Gündəm
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
17:41 29.04.2026
Sağlamlıq
Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib
17:39 29.04.2026
Gündəm
Danışıqlar görüntüdür, proses müharibəyə gedir - Siyasi ekspert
17:36 29.04.2026
Gündəm
Ermənistan seçkiləri regionun gələcəyini müəyyən edəcək - ANALİTİK
17:19 29.04.2026
Gündəm
Yaqub Mahmudovun yeni kitabı çapdan çıxdı
17:19 29.04.2026
Elm və Təhsil
Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
16:57 29.04.2026
Sosial
İlham Əliyev Fərman imzaladı
16:56 29.04.2026
Gündəm
"Neftçi" "Qarabağ"a görə cərimələndi
16:43 29.04.2026
Futbol