Azad edilmiş ərazilərdə qoruqlar birləşdirilə bilər
Yusif Nəzərli
07:07 08.12.2021
Cəmiyyət
577
İşğaldan azad edilmiş ərazilərdə 4 yasaqlığın və iki qoruğun statusunun dəyişdirilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin planları var.
"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Biomüxtəlifliyin Mühafizəsi Departamentinin direktor müavini Rəşad Allahverdiyev “Biomüxtəlifliyin mühafizəsi və davamlı istifadəsi: İdarəetmənin təkmilləşdirilməsi yolu ilə Azərbaycanın xüsusi mühafizə olunan ərazilər sisteminin gücləndirilməsi” layihəsi üzrə ilkin milli seminarda deyib.
Onun sözlərinə görə, planların həyata keçirilməsində məqsəd uzun illər düşmən tapdağı altında olan ərazilərə vətəndaşların gedilməsini asanlaşdırmaqdır:"Həmin ərazilərin daha əlçatan olması üçün qoruqların, yasaqlıqların birləşdirilməsi gündəmdədir. Bu da ondan irəli gəlir ki, həmin ərazilər barəsində vətəndaşlar daha məlumatlı olsunlar. İşğaldan azad edilmiş ərazilərdə müşahidə edilən flora və fauna bu gün digər milli parklarda və qoruqlarda nadir hallarda var".
Qeyd edək ki, seminar Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Qlobal Ekologiya Fondu tərəfindən təşkil olunub.
FAO -nun Azərbaycan Nümayəndəliyinin rəsmisi Bariz Mehdiyevin sözlərinə görə, FAO -nun Azərbaycan nümayəndəliyi ölkədəki fəaliyyətini Azərbaycan hökuməti ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir: "FAO-nun Azərbaycandakı Nümayəndəliyi fəaliyyətini BMT-nin Davamlı İnkişaf üzrə Çərçivə proqramı üzrə qurur. Həmin proqram üzrə qeyd edilən prioritetlər Azərbaycanın uzunmüddətli strateji prioritetləri ilə uyğunlaşdırılır. Bu istiqamətdə müvafiq dövlət qurumları ilə layihərlə bağlı ideyalar hazırlanır. Bundan sonra da layihələrin icrasına başlanılır. Bugünkü tədbirdə həmin layihələrdən biridir. Layihənin həyata keçirilməsində məqsəd biomüxtəliflik sahəsində dayanıqlı inkişafı təmin etməkdir".
Xatırladaq ki, layihənin həyata keçirilməsində bir sıra komponentlər müəyyən edilib. Layihə biomüxtəlifliyin qorunmasında landşaft yanaşmasını dəstəkləmək üçün siyasət , tənzimlənmə və qərar qəbuletmə çərçivəsini gücləndirəcək. Bundan əlavə, layihə innovativ strategiya və alətlərdən istifadə etməklə xüsusi mühafizə olunan ərazilər sistemin idarə edilməsini və uğurlu tətbiqini yaxşılaşdıracaq.
Azerbaycanın xüsusi mühafizə idarəsinin əraziləri sistemi hazırda ölkənin 10,3 %-ini əhatə edir və 10 dövlət təbiət qoruğu, 10 Milli Park və 23 Dövlət Təbiət Yasaqlığını əhatə edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət