NATO kəşfiyyat təyyarəsi bu həftə Kalininqrad vilayəti ətrafında ikinci dəfə dövrə vurub

ABŞ-da qeydiyyatdan keçmiş NATO kəşfiyyat təyyarəsi bu həftə Kalininqrad vilayəti ətrafında ikinci dəfə dövrə vurub.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə TASS aviadispetçer xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki "Bombardier Artemis II" təyyarəsi Polşa, Litva hava məkanından və Baltik dənizinin neytral sularından istifadə edərək Rusiya regionu ətrafında bir dövrə vurub.