Kreml Trampın seçkilərdən sonra Ukrayna ilə bağlı səylərini davam etdirəcəyinə ümidvardır

Rusiya ABŞ Prezidenti Donald Trampın sülhməramlı səylərini davam etdirəcəyinə ümid edir.

APA xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-da keçirilən seçkilərin nəticələrini şərh edərkən bildirib.

“Prezident Tramp öz səlahiyyətlərini icra etməyə davam edir. Biz onun sülhməramlı səylərini davam etdirəcəyinə səmimi qəlbdən ümid edirik. Müəyyən işlər görülüb, tezliklə üçtərəfli danışıqların növbəti raundu keçiriləcək. Uğurlu sülhməramlı səylər, Melaniya Trampın humanitar missiyası həyata keçirilib. Ümid edirik ki, bütün bunlar davam etdiriləcək”, – Peskov vurğulayıb.