NATO Rusiya ərazisinə zərbə endirə bilər

NATO rəhbərliyi alyansın yenilənmiş müdafiə strategiyasına uyğun olaraq Rusiya ərazisinə zərbələr endirilməsi ehtimalını istisna etmir.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Nəşrin məlumatına görə, iyun ayında NATO-da uzaq məsafəli və dərinlikdə yerləşən hədəflərə hərbi zərbələr endirilməsi mövzusunda simpozium keçirilib.

Qeyd olunub ki, yeni konsepsiya təkcə sərhədi keçə biləcək qoşunların atəşə tutulmasını deyil, həm də cəbhə xəttinin arxasında, Rusiya ərazisində yerləşən hərbi bazalara, təchizat anbarlarına və sənaye obyektlərinə zərbələr endirilməsini nəzərdə tutur.