Azər Zahidin dostumdur deyib təhqir etdiyi qazi DANIŞDI: “Üzr istəməlidir” - YENİLƏNİB
Yusif Nəzərli
11:31 27.07.2022
Cəmiyyət
457
Teleaparıcı Azər İsmayılovun (Azər Zahid) qeyri-etik ifadə işlətdiyi qazi Amil Əliyev açıqlama verib.
A.Əliyev Manset.az-a açıqlamasında bildirib ki, A.İsmayılov ondan üzr istəməlidir:
“İki gündür telefonlarımız susmur. Hər yerdən zəng edirlər. Azərin həmin sözü dediyini sonradan videoda görmüşəm, külək idi deyə eşitməmişəm. Azər mənə 1530 manat pul verib. Azər gəlsin, mənə desin ki, bilməmişəm, söz ağzımdan çıxıb. Üzr istəsin və həmin videonu paylaşsın, camaat da görsün ki, səhvini düzəltdi. Özümə zəng etməyib”.
Amil Əliyev bildirib ki, onun gözünün müalicəsi var, amma bunun üçün müəyyən vəsait lazımdır:
“Mənim verilişlərə çıxmağıma bir səbəb var. İki ildir evdəyəm. Bilirəm ki, xarici ölkələrdə gözümün müalicəsi var, buynuzlu qişa olarsa, gözümün biri görə bilər. Mənim efirə, canlılara çıxmağa nə istəyim, nə marağım yoxdur. Özümü göstərmək fikrində deyiləm”.
14:32
Aparıcı Azər Zahid sosial şəbəkədə yayılan videoda əlil qazini təhqir etməsi xəbərinə münasibət bildirib.
Azər Zahid Teleqraf.com-a açıqlamasında yayılan xəbərlərin əsassız olduğunu deyib:
“Videonun çox qısa hissəsini paylaşıblar, görüntünü 10 gün əvvəl “TikTok” platformasında paylaşmışam. Videonu başqa cür montaj edib, təqdim ediblər. Bu gün bunu yayan “trol” qruplarının səs yazılarını hüquq-mühafizə orqanlarına təqdim edəcəyəm.
Haqqımda video da paylaşırlar ki, Azər ölüb, döyüblər və sair. Bu haqda da açıqlama verəcəm. Üç qazimizə öz cibimdən 1 600 manat pul vermişəm. Bu da bəzi insanlara xoş gəlmir. Qazi dostumdur. Onun üçün əlimdən gələni edəcəm. Bizim o qardaşla şəxsi zarafatımız var”.
Qeyd edək ki, videoda Azər Zahidin gözdən əlil olan Qarabağ qazisi Amil Əliyevə pul verərkən “sən onsuz da saya bilməyəcəksən” dediyi əks olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət