“Azərbaycan dünyada müstəqil və nüfuzlu ölkə kimi tanınır”
Turan
16:15 26.09.2020
Cəmiyyət
576
“BMT Baş Assambleyasının yüksək kürsüsündən dünyanı və ölkəmizi düşündürən məsələləri ucadan səsləndirə bilməyimizi cənab Prezident İlham Əliyevin apardığı düşünülmüş və uzaqgörən beynəlxalq siyasətin uğurudür”.
Bu sözləri “Sherg.az”a açıqlamasında millət vəkili Azər Badamov deyib.
Deputat bildirib ki, ölkə başçısının apardığı siyasi kurs həm ölkədə demokratik cəmiyyətin qurulmasına və inkişafına xidmət edib, həm də Azərbaycanı nüfuzlu və hörmətli müstəqil ölkə kimi dünyada tanıdıb:
“İnsanların sağlamlıqlarının qorunmasını hər şeydən üstün tutan dövlət başçısı çətin və böhranlı vaxtlarda atdığı uğurlu addımlarla əsl liderlik xüsusiyyətini bir daha təsdiq etdi. Koronavirus qlobal pandemiya elan olunan ilk gündən biz iki seçim qarşısında idik, amma iqtisadiyyatın fəallığının qorunması ikinci plana salındı və məhz insanların sağlamlığının vacibliyi önə çəkildi. Cənab Prezident dövlətin bütün resurslarını qlobal pandemiyanın fəsadlarının minimumlaşdırılmasına yönəltdi.
Operativ şəkildə 45 xəstəxananın təyinatının koronavirus xəstələrinin müalicəsinə yönəldilməsi, yeni modul xəstəxanaların tikilməsi, yeni laboratoriyaların ölkəmizə gətirilməsi, tibbi maska və qoruyucu vasitələrin istehsalına başlanması ölkədə infeksiyanın sürətlə artmasının qarşısının alınmasına imkan verdi.
Ölkədə tətbiq olunmuş karantin rejiminin məhdudiyyətlərinin əhalinin sosial rifahına təsirlərinin minimumlaşdırılmasına və iqtisadi fəallığın yenidən bərpası tədbirlərinin həyata keçirilməsinə dövlətimiz 3,5 milyard manat maliyyə vəsaiti ayırdı”.
Parlament üzvü bəyan edib ki, ayrılmış vəsaitlər 5 milyon insanın sosial rifahına müsbət təsir göstərib, bu da ölkə əhalisinin 50 faizi deməkdir:
“Pandemiyanın fəsadlarını azaltmaq üçün tədbirlərin görülməsinə maliyyə çətinliyi yarandığına görə dünyanın 155 ölkəsi yardım üçün benəlxalq maliyyə qurumlarına müraciət edib.
Lakin Azərbaycan ölkədə koronavirusla mübarizədə uğurlar qazanmaqla yanaşı ÜST-ə 10 milyon dollar və ÜST çərçivəsində çətinlik çəkən Qoşulmama Hərəkatına üzv 30-dan çox ölkəyə maliyyə və digər yardımlar göndərməklə özünün dünyada ləyaqətli ölkə olduğunu təsdiqləyib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm