Azərbaycanda buğda ən çox bu rayonlarda yetişdirilir
07:20 03.01.2022
Cəmiyyət
749
Azərbaycanda 2022-ci ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatmaq üzrədir və cari il dekabr ayının 24-ü vəziyyətinə 1021987,6 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, səpin aparılmış sahənin 98,8 faizini və yaxud 1009451,2 hektarını dən üçün payızlıq bitkilər təşkil edib ki, onun da 601837,6 hektarı buğda, 407448,6 hektarı arpa, 165,0 hektarı isə çovdar əkinlərinin payına düşür.
Ən çox buğda bitkisi Cəlilabad (56449,3 ha), Şəki (32318,6 ha), Şamaxı (29321,4 ha), Füzuli (29321,0 ha), İsmayıllı (22495,0 ha), Hacıqabul (21978,9 ha) və Ağcabədi (19654,7 ha) rayonlarında, ən çox arpa bitkisi Neftçala (34825,7 ha), Kürdəmir (32996,4 ha), Şəki (32964,4 ha), Biləsuvar (22568,1 ha), Ağsu (18921,0 ha), Goranboy (14450,0 ha) və Füzuli (12518,3 ha) rayonlarında səpilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 2,9 faiz, o cümlədən arpanın səpin sahəsi 9,3 faiz artıb, buğdanın səpin sahəsi 1,1 faiz azalıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi