Azərbaycanda erməni miflərini dağıdan kitab nəşr olunub
Yusif Nəzərli
09:22 11.10.2021
Cəmiyyət
319
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya işğaldan azad edilmiş ərazilərdə mədəni sərvətlərin sahibləri haqqında” adlı yeni kitab nəşr olunub.
"Report" xəbər verir ki, Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri professor Kamran İmanovun müəllifi olduğu və Azərbaycan, ingilis və rus dillərində olan bu kitabda tarixi faktlara istinad olunaraq erməni mifləri dağıdılıb və əsl həqiqətlər üzə çıxarılıb.
Əsərdə qeyd olunur ki, süni surətdə “müstəsnalıq” və “əzabkeşlik” haqqında miflər, digər xalqlara münasibətdə ambisiyalar və iddialar erməni xalqının şüuruna yeridilərək, təbii adilik alternativinin qarşısına sipər çəkir, “xüsusi missiya” mifi isə beynəlxalq hüququn müasir dünya quruculuğunun təməl daşı olduğunu rədd edir. Bu növ mifologemləri dəstəkləyən, onlara yol açan hakimiyyət və ziyalı elita nəticədə özü də həmin uydurmaların qurbanına və dustağına çevrilib. Məsələ də bundadır ki, şüurlu şəkildə işlənilən ideologiya şüursuz yaranan və əhalidə kök salan dünya mənzərəsini əvəzləməkdə çətinlik çəkir. Nəticədə hamı siyasi folklorun qəfəsinə düşür.
Müəlifin fikrincə, ölkəmizin möhtəşəm tarixi zəfərinin nəticələrindən biri də belə uydurmaların dağıdılmasına əsasdır. Bunlara bariz nümunə Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan əsgər və zabitləri tərəfindən “yenilməz erməni ordusu” mifinin puç edilməsidir.
İşğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan xalqının məhv edilmiş maddi mədəniyyət irsi, dağıdılmış, yaxud tamamilə yer üzündən silinmiş müsəlman və türk mədəniyyətinin abidələri ilə qarşılaşırıq. Tarixi həqiqət azərbaycanlıların keçmiş abidələrini qorumaq istəməməsində deyil, əksinə Alban xristian abidələrinin ermənilər tərəfindən planlı şəkildə təhrif olunmasında, üzərindəki köhnə yazıların məhv edilməsi və abidələrin erməni mənsubiyyətinin "sübutlarına" çevrilməli olan yeni yazıların həkk edilməsindədir.
Qeyd edək ki, bu kitab K.İmanovun 2021-ci il 26 aprel tarixində 23 aprel - “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” və 26 aprel - “Beynəlxalq Əqli Mülkiyyət Günü” münasibətilə Əqli Mülkiyyət Agentliyinin və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı və UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının dəstəyi ilə keçirilən “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya işğaldan azad edilmiş ərazilərdə mədəni sərvətlərin sahibləri haqqında” mövzusunda vebinarda etdiyi giriş sözü və eyniadlı məruzəsi əsasında hazırlanıb.
Kitabın elektron variantını aşağıdakı link vasitəsilə əldə etmək mümkündür:
http://copat.gov.az/docs/Nesrler/AZE/Erm%C9%99ni%20uydurmalar%C4%B1/Erm%C9%99ni%C3%A7ilik_uydurmalar%C4%B1n%C4%B1_ifsa_edir_q%C4%B1sa_az.pdf?_t=163041326
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət