Azərbaycanda gələn ildən közərmə lampalarına qadağa qoyulacaq
11:04 03.03.2025
Cəmiyyət
265
Azərbaycanda gələn ildən közərmə lampalarına qadağa qoyulmasının səbəbi açıqlanıb.
APA xəbər verir ki, bu barədə bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən “Enerji səmərəliliyi: nəticələr və gözləntilər" mövzusunda ictimai müzakirədə energetika nazirinin müavini Elnur Soltanov məlumat verib.
Nazir müavini bildirib ki, 1 led lampasının istifadə müddəti boyunca 10-dan çox közərmə lampası xarab olur: “İstehlakçı bunu görmür, qısamüddətli hesablama aparır. Buna görə inzibati müdaxiləyə ehtiyac yaranır. 1 led lampası 6 manatdır, 1 közərmə lampası 60 qəpikdir. Amma vətəndaş uzunmüddətli hesablama aparmır. Buna görə biz müdaxilə etməyə qərar vermişik. Bu müdaxilənin nəticəsi 1 ildə 30 milyon kub metr qaza qənaət, yəni Naxçıvanın 2 ay qazla təmin olunması deməkdir”.
Qeyd edək ki, yanvarın 19-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən 25 Vt və daha yuxarı gücə malik olan elektrik közərmə lampalarının idxalına, istehsalına və ya satışına görə inzibati xətanın bilavasitə obyekti olan elektrik közərmə lampaları müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə ediləcək. Layihəyə əsasən, nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan elektrik közərmə lampaları müsadirə edilməklə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək. Qanun qəbul ediləcəyi təqdirdə 60 Vt və daha yuxarı gücə malik olan közərmə lampalarına münasibətdə 2026-cı il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampalarına münasibətdə 2026-cı il iyulun 1-dən qüvvəyə minəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Niderlandda ən gənc baş nazir and içdi
21:47 23.02.2026
Dünya
Tramp yenə hədələyib: “Ədalətsiz ölkələr daha pisini görəcək”
21:34 23.02.2026
Gündəm
Qızıl və gümüş yenə bahalaşdı
21:33 23.02.2026
İqtisadiyyat
Dövlət uşaqların himayəsini ailələrə qaytarmağa çalışır - EKSPERT
21:20 23.02.2026
Aktual
Slovakiya Ukraynaya elektrik enerjisinin verilməsini dayandırıb
21:11 23.02.2026
Dünya
Pelin 12 illik ərindən ayrılır!
21:00 23.02.2026
Şou
Trampın iqamətgahında zərərsizləşdirilən gənc rəssam imiş
20:43 23.02.2026
Dünya
Zelenski sabiq baş komandan Zalujnıya cavab verib
20:35 23.02.2026
Dünya
Müharibə qazanılmasa, təbliğat faydasızdır - EKSPERT
20:15 23.02.2026
Gündəm
“Qəlb cəbhəsi” kitabı SDU-da təqdim olunub -FOTO
19:53 23.02.2026
Ədəbiyyat
Ukrayna Müdafiə Nazirliyi səfərbərlik islahatı elan etdi
19:29 23.02.2026
Dünya
Tramp Meksikanı narkokartellərlə mübarizəni gücləndirməyə çağırıb
19:20 23.02.2026
Dünya
Mingəçevirdə ər arvadını bıçaqlayıb
19:12 23.02.2026
Hadisə
Aİ Trampın yeni "qlobal tarif"ini tənqid etdi
18:56 23.02.2026
Dünya
ABŞ səfirliyi Livandakı əməkdaşlarını təxliyə edir
18:33 23.02.2026
Dünya