Azərbaycanda tanınmış alim dünyasını dəyişib
08:18 15.08.2021
Cəmiyyət
441
AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədbəyov 62 yaşında vəfat edib.
Bu barədə institutdan "Report"a məlumat verilib.
Elxan Şərif oğlu Məmmədbəyov 1959-cu ildə Sabirabad rayonunun Yolçubəyli kəndində anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsini bitirərək coğrafiyaçı ixtisası alıb. Həmin ildən Azərbaycan MEA Coğrafiya institutunun "Toponimika" (coğrafi adlar) şöbəsində laborant kimi işə başlayıb. 1986-1990-cı illərdə Coğrafiya institutunun landşaftşünaslıq şöbəsinin aspirantı olub. 1986-1995-ci illərdə «Aerokosmik metodlar» bölməsində kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışıb.
1992-ci ildə "Kiçik Qafqazın cənub-şərq yamacı landşaftlarının antropogen dinamikası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
E.Məmmədbəyov təbii və antropogen landşaftlar, aerokosmik metodların coğrafi tədqiqatlara tətbiqi və eləcə də toponimika sahəsində əhəmiyyətli nailiyyətlər əldə edib. Aerokosmik tədqiqat metodları əsasında Kiçik Qafqazın cənub-şərq hissəsi təbii landşaftlarının antropogen təsirlər nəticəsində inkişaf meyllərini, dinamikası və differensassiya xüsusiyyətlərini öyrənib. Xüsusilə, landşaftların ayrı-ayrı tarixi dövrlərdə dinamikasını müəyyənləşdirməklə, Azərbaycanın paleocoğrafi təkamülü məsələsinin öyrənilməsində yeni yollar açıb. Kür-Araz ovalığı müasir landşaftlarının tədqiqi nəticəsində ərazinin ekoloji-coğrafi xüsusiyyətlərini, səhralaşma ocaqlarını müəyyən edib və xəritələşdirib. Landşaftların ekoloji təhlükəsizliyini təmin etmək məqsədilə onun təbii ehtiyat potensialını müəyyən edib və qiymətləndirib.
O, 60-dan artıq elmi, elmi-kütləvi məqalələrin müəllifidir. Azərbaycan coğrafiya elminin nailiyyətlərini beynəlxalq elm aləmində təbliğ edib.
Bakı Dövlət Universitetinin müəllimi olub.
Coğrafiya İnstitutunun kollektivi Elxan müəllimin vəfatından kədərləndiyini bildirib və mərhumun ailəsinə, eləcə də bütün onu sevənlərə dərin hüznlə başsağlığı verib.
Allah rəhmət eləsin!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan qlobal dialoqun mərkəzi oldu - ŞƏRH
17:03 12.03.2026
Gündəm
Müctəba Xameneinin ilk mesajı tezliklə yayımlanacaq
16:55 12.03.2026
Gündəm
Dövlət pulsuz təhsil verir, amma kurslar ailələri soyur - Ekspert
16:22 12.03.2026
Gündəm
Teleqram hətta VPN vasitəsilə də işləməyəcək
16:09 12.03.2026
Texnologiya
Həcc ziyarətinə qeydiyyat Ramazan ayının sonunadək davam edəcək
15:58 12.03.2026
Ölkə
Sülhlə bağlı razılıq böyük cəsarət tələb edirdi - Şarl Mişel
15:49 12.03.2026
Gündəm
Rusiya BMT TŞ-nin İrana qarşı qətnaməsindən narazıdır
15:41 12.03.2026
Dünya
Koreyadakı THAAD-lar Yaxın Şərqə köçürülür
15:21 12.03.2026
Dünya
BMT Baş katibi Türkiyədə səfərdədir
15:16 12.03.2026
Dünya
Magistraturaya qəbul imtahanının yekun nəticələri açıqlanıb
15:02 12.03.2026
Elm və Təhsil
Türkiyə neft ehtiyatlarından istifadə qərarı verdi
14:16 12.03.2026
Gündəm
Türkiyə və NATO İranın mümkün hücumlarına qarşı tədbirlər görür
13:41 12.03.2026
Dünya
İranda müharibə ABŞ-yə hələlik 11,3 milyard dollara başa gəlib
13:21 12.03.2026
Gündəm
İran Avropa İttifaqının vasitəçi olmasını istəyir
13:16 12.03.2026
Gündəm