Azərbaycanın hava limanları 2019-cu ildə yeni rekord müəyyənləşdirib
Fidan Həmişəyeva
08:51 09.01.2020
Cəmiyyət
697
Azərbaycanın beynəlxalq hava limanlarında xidmət göstərilən sərnişinlərin sayına görə yeni rekord müəyyənləşdirilib. Ümumilikdə 2019-cu ildə sərnişin dövriyyəsi 5,56 milyon nəfər təşkil edib.
Paytaxt hava limanı – Heydər Əliyev Beynəlxalq Aeroportu yeni rekorda imza ataraq, 4,73 milyon sərnişinə xidmət göstərir ki, bu da 2018-ci ilin göstəricisindən 7 faiz çoxdur.
Sərnişin sayının artımı həmçinin Naxçıvan (646 min sərnişin, ötən ilin göstərisindən 1,5 faiz çox), Gəncə (154 min, 10 faiz artım) və Lənkəranın (18 min sərnişin, 2018-ci ilin göstəricisindən 14,5 faiz çox) hava limanlarında müşahidə olunub.
2019-cu il ərzində paytaxt hava limanının baza aviadaşıyıcıları – AZAL və “Buta Airways” müvafiq olaraq 2 milyon və 602 min sərnişin daşıyıblar.
Ümumilikdə, beynəlxalq uçuşlarda 4,1 milyon sərnişinə xidmət göstərilib. Sərnişin dövriyyəsi üzrə aviaşirkətlərin onluğuna milli aviaşirkətlər ilə yanaşı “Türk Hava Yolları” (Türkiyə, 492 min sərnişin), “FlyDubai” (BƏƏ, 237 min), “Aeroflot” (Rusiya, 193 min), “AirArabia” (BƏƏ, 169 min), “UIA” (Ukrayna, 124 min), “Qatar Airways” (Qətər, 106 min), “Lufthansa” (Almaniya, 66 min) və “SCAT” (Qazaxıstan, 62 min) daxil olub.
2019-cu il ərzində Heydər Əliyev Beynəlxalq Aeroportundan 37 sərnişin aviaşirkəti 60-dan çox müxtəlif istiqamətə uçuşlar həyata keçirib.
Qeyd edək ki, Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula birbaşa uçuşlar həyata keçirilir. Həmçinin milli aviadaşıyıcı AZAL qış cədvəli çərçivəsində Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir.
Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.
2019-cu ilin mart ayında Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax World Airport Awards” versiyasına görə ardıcıl olaraq üç ildir ki, Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gecə Rusiyada 430 Ukrayna PUA-sı vurulub
09:45 09.11.2026
Dünya
Tünd kişmiş cavanlaşdırır
09:41 09.11.2026
Sağlamlıq
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
09:27 09.11.2026
İqtisadiyyat
800 illik qəsr 1 avroya satılır
09:19 09.11.2026
Dünya
Tramp vəzifədən getməzdən əvvəl kütləvi əfv fərmanları imzalayacaq
08:58 09.11.2026
Dünya
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region