Azərbaycanlıların “Cip” sevdası: Böyük maşınlara marağın iki səbəbi var...
Banuçiçək Kalbalıyeva
13:47 19.02.2020
Cəmiyyət
862
Müşahidələrdən belə məlum olur ki, ölkədə sürücülərin əksəriyyəti böyük həcmli avtomobillərdən istifadə etməyə üstünlük verirlər. Halbuki “Cip”lər daha çox benzin tələb edir, xərci artıqdır. Həm də belə avtomobilləri park etmək də çətindir. “Cip” sürücüləri dar küçələrdə, tıxaclarda daha ehtiyatlı olmağa məcbur qalırlar. Elə isə niyə hələ də böyük həcmli avtomobillərə maraq azalmır?
Avtosfer.az-ın rəhbəri, nəqliyyat eksperti Elməddin Muradlı Sherg.az-a fikirlərini bildirirkən deyib ki, bu, bəzən məcburiyyətlə bağlı olur:
“Sürücülərin böyük həcmli avtomobillərə üstünlük vermələrinin iki əsas səbəbi var. Birincisi, ailə fərdlərinin sayının çox olmasıdır. Təcrübələr geniş tərkibli ailələrinin adətən “Cip”lərə üstünlük verdiyini təsdiqləyir”.
E.Muradlının fikrincə, müsəlman ölkələrində belə avtomobillərə marağın çox olması heç də təsadüfi deyil:
“Cip”lərə maraq Avropada bu qədər çox deyil. Çünki, əgər Avropa ailələrində ən çoxu 3 uşaq olursa, müsəlman ölkələrində bu say bəzən iki, hətta üç dəfə çox olur. Ona görə səfərlər zamanı hamının yerləşməsi üçün böyük həcmli avtomobillərə üstünlük verilir. İkinci səbəb isə Azərbaycandakı bir çox yolların bərbad vəziyyətdə olmasıdır. Mən hələ heç kənd yollarını demirəm. Paytaxtın özündə elə prospektlər, küçələr var ki, sürücülər orda rahat idarəetməni təmin etmək üçün böyük həcmli avtomobillərə üstünlük verirlər. Bundan əlavə dağ yolları da məhz ağır maşınları sevir. Rayona gedənlərin əksəriyyəti böyük həcmli avtomobillərlə yola çıxırlar”.
Ekspertin sözlərinə görə, sürücülərin “Cip”lərə üstünlük verməsində həm də obyektiv səbəblər var. O, düşünür ki, məsələ bir az da insan psixologiyası ilə bağlıdır:
“Bir zamanlar böyük həcmli avtomobillərin qiyməti xeyli ucuzlaşmışdı. Nəticədə sürücülər bu fürsəti əldən vermədilər və tez bir zamanda paytaxtda böyük maşınların sayı artdı. Həm də çox sahədə olduğu kimi, avtomobil sahəsində də “qonşudan geri qalmaq istəməyənlər” çoxdur. İnsanlar sanki bir-biriləri ilə bəhsə girirlər. Nəticədə istər-istəməz “Cip”lər dəbə minir və orta həcmli avtomobillər tədricən unudulur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Abbas Əraqçi Hakan Fidanla raket hücumu barədə danışdı
15:35 23.03.2026
Gündəm
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət
ABŞ İranda quru əməliyyatına başlasa... - Rudenko
13:52 23.03.2026
Dünya
Fransanın sabiq Baş naziri vəfat edib
13:20 23.03.2026
Dünya
Çin lideri İlham Əliyevi təbrik edib
13:07 23.03.2026
Rəsmi
Müctəba Xameneinin son durumu açıqlandı
13:00 23.03.2026
Dünya
Əli Laricanin məzarının şəkli yayılıb
12:52 23.03.2026
Region
Zülfiqaridən Trampa: Sən işdən çıxarıldın!
12:44 23.03.2026
Dünya
Saba 23 dərəcə isti olacaq
12:36 23.03.2026
Ekologiya
İran Körfəzi minalayacağı ilə hədələyib
12:20 23.03.2026
Region
Terapevt: Bayramdan sonra balanslı qidalanmaya keçidin vacibdir
12:07 23.03.2026
Sağlamlıq
Rusiyanın ən böyük neft terminalından biri vuruldu
11:59 23.03.2026
Dünya
“Bəsic”in Şiraz komandiri öldürüldü
11:49 23.03.2026
Ekologiya
Lənkəranda qaçaqmalçılıqla gətirilmiş 12 kq marixuana aşkarlanıb
11:40 23.03.2026
Hadisə