Bakı metrosunda daha 20 maşinist işə başlayıb
Yusif Nəzərli
10:21 08.10.2021
Cəmiyyət
310
“Bakı Metropoliteni” QSC daha 20 maşinisti işə qəbul edib.
“Report” xəbər verir ki, bu gün qurumun Təlim-Tədris Mərkəzində onlara maşinist vəsiqələri təqdim ediib.
Mərasimdə gənclərə uğur arzulayan Bakı metrosunun İnsan resursları və layihələrin idarə edilməsi departamentinin rəisi Əli Əliyev, Hərəkət qatarları üzrə iş departamentinin baş mühəndisi Elmar Əzimov maşinist peşəsinin metropoliten üçün əhəmiyyəti, onun ictimaiyyətdə metropolitenin rəmzi kimi qəbul edilməsini vurğulayıblar.
Mərasimdə çıxış edənlər yüzlərlə müraciət edən arasından seçilmiş istedadlı gənclərin bütün sınaqları uğurla başa vurması, elə bu səbəbdən gələcək peşə fəaliyyətində metropolitençi səmimiyyəti, ciddiyyəti və məsuliyyəti ilə əməkdə seçiləcəklərinə əminlik ifadə olunub. Bununla, “Bakı Metropoliteni”nin hərəkət qatarlarının maşinisti peşəsi üzrə son iki il ərzində verdiyi elanlara uyğun olaraq seçilmiş namizədlər təlimləri uğurla bitirdiklərindən yeni nəsil qatarlarını idarə etməyə başlayırlar.
Koronavirus pandemiyası səbəbi ilə elan edilmiş xüsusi karantin rejimi müddətində müxtəlif dövrlərdə Bakı metrosunun sərnişindaşıma dayandırıldığından 2020-ci ildə və 2021-ci ilin əvvəlində verilmiş elana əsasən, formalaşdırılmış təlim kurslarında iştirak edən müdavimlər nəzəri məşğələlərin yekununu uğurla keçsələr də, praktiki vərdişlərin mənimsənilməsi yalnız cari il may ayının 31-dən – Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edildikdən sonra mümkün olub. Pandemiya səbəbilə bu təlimlərin təşkili zamanı ilk dəfə nəzəri dərslərin bir hissəsi virtual qaydada təşkil edilib. Onlayn dərslərin keçirilməsi üçün xüsusi plan tərtib olunaraq, tədris proqramına dəyişikliklər edilmişdi. Praktiki məşğələlər nəzəri təlimlərin yüksək səviyyədə təşkil olunmasını və müdavimlərin biliklərə uğurla yiyələnməsini də əyani nümayiş etdirdi. Bununla, Bakı metropolitenində daha bir tədris yeniliyi də tətbiq edilmiş olub.
İk belə seçim prosesi 2018-ci ilin yayında dünya təcrübəsi öyrənilməklə, həmçinin Bakı metropoliteninin xüsusiyyətləri nəzərə alınmaqla tətbiq edilib. Texniki və yaxud ixtisas təhsili olan 24-30 yaşlı namizədlər arasından seçilən müdavimlər uyğunlaşma və ilkin təlim dövrünü başa vuraraq, təlim-tədris prosesinin əsas mərhələlərinə cəlb edilirlər. Bu yeniliyin əsas cəhəti artıq bütün texniki təhsilli gənclərin bu peşəyə yiyələnməsinə şərait yaradılmasıdır. Eyni zamanda artıq qadınlar da metropolitendə hərəkət qatarlarını idarə etməyə iddialı ola bilərlər. Nəhayət, tətbiq edilmiş bu yeniliyin üçüncü mühüm cəhəti, maşinist olmaq arzusunda olanların ən qısa – 6-7 aylıq təlimlərdən sonra maşinist kimi fəaliyyətə başlamasıdır.
Buna qədər maşinist peşəsinə yiyələnmək üçün çilingərlikdən maşinist köməkçisi, daha sonra ikinəfərlik idarəetmə və nəhayət, tək idarəetməyə qədər müxtəlif təlim kursları keçilməli, imtahanlar verilməli idi. Bu zaman hər mərhələyə keçmək üçün müvafiq iş təcrübəsi və stajı da tələb olunurdu. Bütün qeyd edilənlərlə 3-5 il davam edən prosesə çevrilən qatar maşinistliyi bir çox gənclərin arzusuna çatmasına maneəyə çevrilirdi. Lakin müasir texnologiyalarla təchiz edilmiş qatarların xətlərə buraxılması, həmçinin təlim-tədrisin ən müasir standartlar və texnologiyalarla keçilməsi bu maneələri tam aradan qaldırıb. Bakı metropolitenində innovativ texnologiyaların tətbiqi baxımından ən son nəsil qatarların sayı artmaqdadır. "Bakı Metropoliteni"nin yenidən qurulmuş təlim-tədris mərkəzində yeni tipli qatarların trenajoru tədrisin keyfiyyətini əsaslı şəkildə artırmağa, həmçinin müdavimlərin bu prosesdə bilavasitə maşinistlərlə ünsiyyətdə olaraq, bilik və vərdişlərini daha sürətlə artırmağa kömək edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət