Bakıda özəl klinikada ərəb turist öldü

Bakıda özəl klinikada ərəb turist ölüb.
“Report” xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib.
Belə ki, Bakıda hotellərin birində qalan Səudiyyə Ərəbistanı Krallığının vətəndaşı 1998-ci il təvəllüdlü Almadui Muteb Saeedin iyulun 26-da günorta saatlarında vəziyyəti pisləşib.
O, klinikaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Hazırda faktla bağlı araşdırma aparılır.