
Bakının bina dərdi! - Nə hava var, nə də günəş... - Ölüm saçır!
Yusif Nəzərli
14:26 07.12.2021
Cəmiyyət
738
“Rüşvət verib harada istəyirlərsə, orada bina tikirlər. Dünya təcrübəsi, yaşayış normaları yoxdur”
“Bu yaxınlarda qərar qəbul olundu ki binalar tikilərkən ətrafında kifayət qədər yaşıllıq, boş sahə olmalıdır”
“Görünür, bunlar yalnız kağız üzərindədir. Müvafiq orqanlar normativ qaydalara əməl edilmədiyini görürlər, lakin rüşvət götürərək məsələni ört-basdır edirlər”
Bakı şəhərində tikilən binaların bir qismi bir-birinə sıx tikilməsi ilə sakinlərin narahatlığına səbəb olur. Bu tikililərin insanların təhlükəsizliyi və sağlamlığı baxımından da mənfi cəhətləri çoxdur.

Məlum mənzərə ilə bağlı öz Feysbuk hesabında paylaşım edən “Sağlam Cəmiyyət Hərəkatı”nın ekperti, sosioloq Elçin Bayramlı qeyd edib ki, rüşvət Bakı şəhərində faciələrə səbəb olur:
“Şəhərdə xaotik durum yaranıb. Rüşvət verib harada istəyirlərsə, orada bina tikirlər. Dünya təcrübəsi, yaşayış normaları yoxdur. Bu yaxınlarda qərar qəbul olundu ki binalar tikilərkən ətrafında kifayət qədər yaşıllıq, boş sahə olmalıdır. Görünür, bunlar yalnız kağız üzərindədir. Müvafiq orqanlar normativ qaydalara əməl edilmədiyini görürlər, lakin rüşvət götürərək məsələni ört-basdır edirlər”.
Ekspert bildirib ki, vəziyyət düzəlmək əvəzinə pisləşir:
“Bayıl qəsəbəsində neftçi Qurban Abbasov küçəsində yolun hər iki tərəfindən çoxmərtəbəli binalar inşa ediblər. Bu da bir çox problemlərə yol açıb. Binalar tikilməmişdən öncə də maşınlar rahat hərəkət edə bilmirdi. Dar küçədir. Orada faciəvi vəziyyət yaranıb.
Bunun kimi nümunələr çoxdur. Bakıda dünya standartlarına cavab verən bina yoxdur. Yüksək bir yerdən şəhərə baxdıqda sadəcə çoxlu sıx düzülmüş beton yığını görünür.
Getdikcə vəziyyət düzəlmək əvəzinə pisləşir, çünki heç bir orqan məsuliyyət daşımır, cəzalandırılanlar yoxdur, kimin kefi nə istəyirsə, onu da edir. Şəhərdə avtomobillə hərəkət etmək mümkün deyil, kommunal sistemlər davam gətirmir, parkinq yerləri yoxdur, uşaqların oyun meydançaları mövcud deyil.
Məsələdən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhəri İcra Hakimiyyəti (BŞİH), Fövqəladə Hallar Nazirliyi (FHN) və başqa müəyyən orqanlar məsuliyyət daşıyır. Bu vəziyyətə rüşvət alınması səbəb olur”.
Xanlar Əlibəy
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat