“Bələdiyyələrin fəaliyyətinin təbliği” - İctimai birlik növbəti layihəyə start verib
Yusif Nəzərli
08:14 11.07.2023
Cəmiyyət
300
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi cari ilin iyul ayının birindən etibarən “Ətraf mühitin qorunması istiqamətində bələdiyyələrin fəaliyyətinin artırılması” layihəsinə start verir””- bu barədə Belediyye.info birliyin sədri Vüqar Cəfərov məlumat verib.
Təşkilat sədrinin sözlərinə görə, bu gün respublikamızda ətraf mühitin qorunması istiqamətində dövlət səviyyəsində bir sıra ciddi layihələr icra edilməkdədir. “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun hazırlanımasını, çoxsaylı meşə zolaqlarının salınmasını, pilot ərazilərdə məişət zibillərinin çeşidlənməsini, təkrar emal müəssisələrinin, iaşə zonalarında müxtəlif təmizləyici qurğuların yerləşdirilməsini misal olaraq qeyd etmək olar. Ətraf mühitin qorunması istiqamətdə işlərin aparılması dövlətlə yanaşı hər bir vətəndaşın, həm də vətəndaşın səs verdiyi orqanın-bələdiyyələrində vətəndaşlıq borcu olmalıdır.
Layihə rəhbərinin sözlərinə görə, bu baxımdan ətraf mühitin qorunması istiqamətində əhalinin maarifləndirilməsinə ehtiyac vardır. Bu işdə əhali ilə daha yaxından işləyən bələdiyyə orqanlarının da üzərinə müəyyən məsuliyyət yükü düşür. Eyni zamanda “Ətraf mühitin mühafizəsi haqqında” Qanununda ətraf mühitin mühafizəsi sahəsində yerli özünüidarəetmə orqanlarına müəyyən səlahiyyətlər verilmişdir.
Üç ay ərzində davam edəcək layihə çərçivəsində bələdiyyə orqanlarının ətraf mühitin qorunması istiqamətində səmərəli fəaliyyəti üçün Şəki, Oğuz, Qax və Zaqatala rayon bələdiyyələri ilə görüşlər keçiriləcək. Görüşlərdə müvafiq icra hakimiyyəti orqanlarının təmsilçiləriylə yanaşı həm də müvafuq mərkəzi icra orqanlarının regional qurumlarının təmsilçilərinin iştirakı nəzərdə tutulur.
Bələdiyyələrin iştirakıyla keçiriləcək görüşlərdə ətraf mühitin qorunması istiqamətində yerli özünüidarəetmə orqanlarının fəaliyyətlərini səmərəli qurması və bu istiqamətdə vətəndaş-bələdiyyə əməkdaşlığının artırılması üçün geniş fikir mübadiləsi aparılacaqdır. Eyni zamanda layihə çərçivəsində ətraf mühitin qorunmasına dair maarifləndirici videoçarx hazırlayacağıq ki, bu da ətraf mühitin qorunması istiqamətində əhalinin maarifləndirilməsinə xidmət edəcəkdir.
Hazırlanacaq videoçarx və görüşlərin videomaterialı sosial-mediada və YouTUBE kanalında yerləşdirməklə əhalini maarifləndirmiş olacağıq ki, bu da öz növbəsində ətraf mühitin qorunmasına müsbət töhvəsini vermiş olacaqdır
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əraqçi: Rusiya və Çin İrana dəstək verir
22:13 05.03.2026
Dünya
Ərdoğan: İranın raket insidenti ilə bağlı lazımi xəbərdarlıq etdik
22:00 05.03.2026
Gündəm
Paşinyan TŞ-nin iclasını keçirdi
21:52 05.03.2026
Cənubi Qafqaz
Tramp: Zelenski Ukrayna üzrə sülh sazişinə maneə yaradır
21:41 05.03.2026
Dünya
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
21:25 05.03.2026
Rəsmi
Xameneinin oğlu lider seçilir - Trampdan inanılmaz reaksiya
20:50 05.03.2026
Dünya
Albaniyanın Baş naziri Naxçıvana hücumu pisləyib
20:42 05.03.2026
Siyasət
Fransa İran dronlarının Naxçıvan Hava Limanına hücumunu pisləyib
20:26 05.03.2026
Siyasət
Edqars Rinkeviçs İlham Əliyevə zəng edib
20:10 05.03.2026
Rəsmi
Sosial şəbəkə naminə həyatlarını riskə atırlar - EKSPERT
20:02 05.03.2026
Cəmiyyət
BƏƏ Prezidenti Azərbaycan liderinə zəng edib
19:58 05.03.2026
Rəsmi
Tokayev İranın Azərbaycana dron hücumlarını pisləyib
19:51 05.03.2026
Siyasət
Baş verən proseslər fonunda İran özü-özünü ifşa etdi - ŞƏRH
19:38 05.03.2026
Gündəm
Əraqçi Ceyhun Bayramova zəng edib
19:02 05.03.2026
Son dəqiqə