Bu dünyanı nağıl bilək
Yusif Nəzərli
14:59 07.12.2021
Cəmiyyət
665
Bu günlərdə bir nəfərlə danışırdım. Söhbət nədən düşdüsə insanların bəzən çox romantik ola biləcəyini bildirdi. Hətta ən yetkin adamları belə uşaqlarla müqayisə etdi: "Uşaq nağıla inanır və böyüdükcə onların yalan olduğunu anlayır. Bəzən bizdə də belə olur. Əvvəl olmayacaqlara ürəkdən inanır, sonra da inandığımıza görə özümüzü qınayırıq". Düşündükcə düz dediyini anladım. Etiraf edək ki, hər birimizdə oxşar hisslər olub.
Mümkünsüzə inanmışıq. Yazılarımın birində dediyim kimi, aya getməkdən yox, ayda villaya sahib olmaqdan danışmışıq. Hər şeyi real hesab etmişik. Özümüz özümüzü aldatmışıq? Məncə, yox. Sadəcə inanmışıq. Özümüzdən çox qarşımızdakı insana, onun səmimiliyinə. Düşünmüşük ki, onunla hər yerə getmək olar- hətta dünyanın o başına. Uzun müddət bu arzu ilə yaşamışıq. Xəyallarımızın nə vaxtsa gerçəkləşəcəyi günü iplə çəkmişik. Gün saymışıq. Və hər ötən gün ümidimiz daha da artıb. Sevinclə "Daha az qaldı" deyə düşünmüşük.
Amma günün birində hər şey alt- üst olur. Sanki dünyamız öz oxu ətrafında yox, əks istiqamətdə hərəkət edir. Elə bil, gecə ilə gündüz yerini dəyişir. Qışımız yay, yayımız qış olur. Dənizdə indiyədək neçə- neçə dalğaya güc gələn gəmimiz birdən- birə yelkanləri ilə birlikdə batır. Ümidlər ölür, arzular daşa dəyir.
Bir müddət mübarizə aparırıq. Olanlara inanmaq istəmirik. Elə bilirik, düzələcək. Ancaq bu dəfə hər ötən gün arzularımıza daha çox yaxınlaşmaq əvəzinə, onlardan uzaqlaşırıq. Beləcə xeyli zaman keçir.
Günün birində yuxudan oyanmış kimi oluruq. Yaşadıqlarımızı, arzuladıqlarımızı xatırlayırıq. O vaxtlar reallıqdan uzaq olduğumuzu anlayırıq.
Hər birimiz belə hallar yaşayırıq. Özü də dəfələrlə. Nağıl bitəndən sonra reallığı dərk etsək də, həm də təəssüflənirik. Çünki ümidlər də nağılla birlikdə bitir. Elə isə, eyni adlı mahnıda deyildiyi kimi, gəlin, bu dünyanı nağıl bilək.
...Və öz nağılımızı özümüz yazaq.
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat