Buster doza vurduranların sağ qalmaq şansı dəfələrlə artacaq
Yusif Nəzərli
14:20 14.10.2021
Cəmiyyət
339
“Koronavirus infeksiyası mutasiyaya uğrayıb və hazırda ən geniş yayılan növü “Delta” ştammıdır. Bu səbəbdən Nazirlik risk qrupuna daxil olan şəxslərə müraciət edərək buster doza vurdurmağı tövsiyə edir”.
Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov AzTV-nin efirində yayımlanan “Gün başladı” proqramında deyib.
O bildirib ki, koronavirusun bu növü insan orqanizminə düşdükdə daha tez yayılır:
“Eyni zamanda hava şəraiti də kəskin dəyişir. Bu kəskin dəyişiklik geyim seçimində də çətinlik yaradır. Üçüncü məqam isə açıq məkanlardan daha çox qapalı məkanlarda oturmasıdır ki, bu da yoluxma riskini bir qədər də artırır. Bu səbəbdən də biz risk qrupuna daxil olan şəxslərə, xüsusilə də tibb işçilərinin hamısına və 50 yaşdan yuxarı şəxslərə gücləndirici üçüncü – buster dozanı vurdurmağı tövsiyə edirik. Hər kəs bilir ki, vaksinin ikinci dozasından bir müddət keçdikdən sonra orqanizmdə zəiflik (anticisimlərin azalması) müşahidə edilir. Buna görə üçüncü dozanın vurulması tövsiyə edilir. Onu da qeyd edim ki, bu könüllülük prinsipi ilə həyata keçirilir”.
“Qarşıdan kəskin hava şəraiti gəlir. Dördüncü dalğanın başlamaması üçün buster dozanın vurulması daha yaxşı olardı. Azərbaycanda istifadə edilən bütün vaksinlərdən üçüncü doza kimi seçilə bilər. Xroniki xəstəliyi olanlar, risk qrupuna daxil olanlar 50 yaşdan yuxarı olan şəxslər buster dozanı vurduqda, COVID-19 a yoluxma zamanı xəstəliyi daha yüngül keçirəcəklər və sağ qalmaq şansı dəfələrlə artacaq”, - deyə P.Abubəkirov qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət