Çaşqınlıq yaranır: Hərə istədiyi kimi bir piyada keçidi çəkməməlidir
Banuçiçək Kalbalıyeva
09:30 11.02.2020
Cəmiyyət
2946
Yol-hərəkəti qaydalarındakı mövcud nöqsanlar ciddi problemlərə səbəb olsa da, indiyə kimi həll olunmamış qalır. Xüsusilə, piyada keçidləri sürücülərlə piyadalar arasında anlaşılmazlığa səbəb olur. Belə ki, bir piyada keçidindən 10-15 metr sonra yenisi çəkilir.
Nəticədə sürücülər yeni çəkilmiş keçiddə piyadalara yol verir, piyadalar isə köhnə keçiddən istifadə edirlər. İllərdir, davam edən problemlə bağlı nəqliyyat eksperti Elməddin Muradlı ilə əlaqə saxladıq.
O, “Sherg.az”a bildirib ki, yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri də budur. Ona görə də məsələ birdəfəlik həll yolunu tapmalıdır:
“Piyada keçidləri ən aktual problemlərdən biridir. Belə hallar paytaxtın bir çox ərazilərində, o cümlədən İnşaatçılar prospektində və Mir Cəlal küçəsində var. Mir Cəlal küçəsində vəziyyət daha bərbaddır. Təsəvvür edin, magistral yolda əvvəllər 10 piyada keçidi var idisə, sonradan onların yerini dəyişiblər. Nəticədə piyada keçidlərinin sayı iki dəfə artıb. Əlbəttə, sürücü ilə piyada arasında çaşqınlıq yaranacaq. Sürücü hər 10 metrdən bir əyləci basa bilməz axı. Nə də piyadaya başa salmaq olur ki, solğun keçid artıq ləğv olunub. Düzdür, ağ boyanı tamamilə silmək çox çətindir. Yeganə çıxış yolu asfaltı qazmaqdır. Amma daha yaxşı olar ki, səlahiyyətli qurumlar daha diqqətli işləsinlər”.
Ekspertin qənaətincə, piyada keçidlərini çəkərkən dünya təcrübəsindən yararlanmaq lazımdır. Piyada keçidlərini təsadüfi olaraq çəkmək düzgün deyil:
“Otaqda oturub piyada keçidinin harada, necə çəkiləcəyini demək çox absurddur. Təəssüflər olsun ki, bizdə çox vaxt belə edirlər. Halbuki nə Avropada, nə də qonşu Türkiyədə belədir. Məsələn, Türkiyədə piyada keçidi çəkilməzdən əvvəl yerə ot örtüyü səpilir. Bir müddətdən sonra ot örtüyünə baxış keçirilir, harda daha çox ayaq izi varsa, “zebra” da orda çəkilir. Yəni piyada keçidi çəkilərkən insanların daha çox yolun hansı hissəsindən istifadə etdikləri nəzərə alınmalıdır. Hərə istədiyi kimi bir piyada keçidi çəkməməlidir”.
E.Muradlı onu da vurğulayıb ki, piyada keçidlərinin yerinin dəyişməsi çox vaxt vətəndaş şikayətləri və məsul qurumların öz səhvlərini başa düşmələri nəticəsində olur:
“Adətən ya piyadalar, ya da sürücülər müvafiq qurumlara müraciət edərək piyada keçidinin düzgün çəkilmədiyini əsaslandırır və “zebra”nın yerinin dəyişilməsini tələb edirlər. Bəzən də məsul qurumlar səhvlərini anlayırlar. Ancaq iş işdən keçmiş olur. Əksinə, vəziyyət daha da bərbad hala düşür. Necə deyərlər, “sonrakı peşmanlıq fayda verməz”. Ona görə də səlahiyyətli qurumlar bilməlidirlər ki, piyada keçidi sadəcə bir neçə zolaqdan ibarət olan ağ xətt deyil, həm də insanların həyat təhlükəsizliyini qoruyan vasitədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya
Putin sərhədyanı bölgələrdə vəziyyəti “çətin” adlandırıb
18:28 21.04.2026
Gündəm
İsmayıl Bəqai BƏƏ-də iranlıların həbsinə münasibət bildirib
18:10 21.04.2026
Dünya
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
18:03 21.04.2026
Region
Tramp İrandan həbsdəki qadınların azad olunmasını xahiş edib
17:46 21.04.2026
Gündəm
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə açıqlama
17:35 21.04.2026
Gündəm
Aprel ayının pensiya ödənişləri yekunlaşdı
17:16 21.04.2026
Sosial
Cevat Gök: Netanyahu faktoru sülhü poza bilər - ŞƏRH
17:14 21.04.2026
Gündəm
Təhdid xarakterli paylaşım edən məktəbli saxlanılıb
17:06 21.04.2026
Hadisə
Tramp: İrana qarşı yeni zərbələrin endirilməsini gözləyirəm
17:05 21.04.2026
Gündəm