
Çəkmə, bu “Patı”nı, amandı sürücü! - "Narkotik vasitə bəlaya çevrilib"
Yusif Nəzərli
12:57 24.12.2021
Cəmiyyət
580
Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları növbəti reyd həyata keçiriblər. Əməliyyat zamanı narkotik vasitələrin təsiri altında olan taksi sürücüsü aşkarlanıb. Hövsan qəsəbəsində yaşayan Emin Zeynalov idarə etdiyi “Mersedes-Benz” markalı avtomobilin sükanı arxasında olarkən nəzarət-yoxlama qaydasında müəyyən edilib.
Bununla bağlı Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Sürücü ilkin sorğu zamanı avtomobili narkotik vasitə qəbul edərək idarə etdiyini etiraf edib. Təyin olunan ekspertizada E.Zeynalovun sükan arxasında narkotik vasitənin təsiri altında olduğu sübuta yetirilib. Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Sürücü törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib.

Sürücülər arasında narkotiklərdən istifadə hallarının artdığını nəqliyyat üzrə ekspert Elməddin Muradlı “Sherg.az”bildirib ki, əvvəllər də belə vəziyyət oldurdu. Sadəcə indi daha kütləvi hal alıb:
“Ehtimal ki, YPX bu istiqamətdə nəzarəti gücləndirib deyə bu cür faktlar mütəmadi şəkildə aşkarlanır. Belə durumlar adiləşməyə başladığı üçün çox təhlükəlidir. Düşünürəm ki, bununla bağlı mütləq kütləvi şəkildə reydlər təşkil olunmalıdır. Həmçinin ciddi nəzarət nəticəsində aşkarlamaq, adekvat tədbir görmək lazımdır”.
E.Muradlının qənaətincə, narkotik vasitələrinin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücülərə qarşı cəzalar sərtləşdirilməlidir:
“Onların sürücülük hüququ sorğu-sualsız əllərindən alınmalıdır. Məcburi müalicəyə göndərilməlidir. Həmin şəxslər müalicə kursu keçib, sağlamlıq haqqında arayış ala bilsələr, yenidən tibbi müayinəyə cəlb edilməlidirlər.
Eyni zamanda imtahan verib, sürücülük hüququnu qismən müəyyən müddətə kimi təmin etmək olar. Bu proses ciddi nəzarət mexanizmi altında həyata keçirilməlidir. Heç kimə güzəşt etmək olmaz.
Biri var spirtli içkinin, biri də var narkotik vasitənin təsiri altında olmaq. Spirtli içki təsadüfdən, hansısa məclisə düşüb, istifadə edilə bilər. Bu da hər gün baş vermir. Amma narkotik vasitə bir xəstəlikdir, asılılıqdır. Ona görə də elə sürücülər ağır şəkildə cəzalandırılmalıdır”
Ekspert əminliklə qeyd edib ki, bu ilin statistik rəqəmləri dərindən təhlil edilsə, məlum olar ki, sərxoş vəziyyətdə avtomobil idarə edən şəxslərin sayı narkotik maddədən istifadə edən sürücülərin sayından daha azdır:
“Spirtli içki kənarda qalıb, narkotik vasitə bəlaya çevrilib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət