Daşaltıda iki nəfər minaya düşərək HƏLAK OLDU - YENİLƏNİB + ADLAR
Yusif Nəzərli
09:31 09.12.2021
Cəmiyyət
364
Daxili İşlər Nazirliyi (DİN) Şuşa rayonunun Daşaltı kəndində minaya düşən şəxslər barədə məlumat yayıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, dekabrın 9-da səhər saat 09:00 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində bərpa və quruculuq işləri ilə məşğul olan şirkətlərin əməkdaşları - İsmayıllı rayon sakini Vüsal Qəndiyev və Qobustan rayon sakini Orxan Xanatov xidməti işlərini yerinə yetirərkən erməni hərbi birləşmələri tərəfindən basdırılmış mina partlaması nəticəsində həlak olublar.
Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidməti də həmin hadisə ilə bağlı məlumat yayıb.
Məlumata görə, dekabrın 9-u Şuşa rayonu ərazisində iki nəfər mülki şəxsin minaya düşməsi nəticəsində həlak olmaları barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Hazırda faktla bağlı araşdırma aparılmaqla prokurorluq əməkdaşları tərəfindən hadisə yerində zəruri istintaq hərəkətləri həyata keçirilir.
İctimaiyyətə əlavə məlumat veriləcəkdir.
12:49
Şuşa rayonunun Daşaltı kəndində iki nəfər minaya düşüb.
Oxu.Az-ın məlumatına görə, baş verən hadisə zamanı hər iki şəxs ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu barədə ilk məlumatı unikal.org yayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət