DİN: “Bakıda anası tərəfindən qaçırıldığı deyilən 14 yaşlı qızdan izahat alınıb”
Yusif Nəzərli
09:01 10.12.2021
Cəmiyyət
789
“Şirvan şəhər sakini Tamella Mustafayeva 2008-ci il təvəllüdlü nəvəsi A.A-nın narkotik istifadəçisi olan anası tərəfindən zorla Bakı şəhərinə aparılması, atalığı tərəfindən döyülməsi və polis tərəfindən şikayətə baxılmaması ilə bağlı sosial şəbəkələrdə iddialar səsləndirib”.
Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “Facebook” səhifəsində yazıb:
O qeyd edib ki, iddialar dərhal DİN-in nəzarətinə götürülməklə müvafiq araşdırmalar aparılıb, iddiaların təfərrüatı yoxlanılıb:
“Məlum olub ki, nənə əsəb-nevroloji xəstəlikdən əziyyət çəkir, müvafiq səhiyyə orqanında rəsmi qeydiyyatdadır.
A.A-nın atalığı tərəfindən döyülməsi, ananın narkotik istifadəçisi olması ilə bağlı iddialar təsdiqini tapmayıb.
A.A-nın müvafiq polis bölməsində ananın iştirakı ilə izahatı alınıb. Heç kim tərəfindən zorakılığa məruz qalmadığını, atalığını iki il müddətdən artıq olar ki, görmədiyini bildirib. Ana və qızı qeydiyyatda olduqları Şirvan şəhərinə qayıdıblar.
Bu gün yenidən ailə ilə əlaqə saxlanılıb, onları narahat edən hansısa neqativ halın olmadığını bildiriblər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi