DİN-dən sabiq polis rəisi Şirzad Əsgərovla bağlı iddialara CAVAB
Yusif Nəzərli
07:06 30.07.2022
Cəmiyyət
492
Daxili İşlər Nazirliyi Tovuz Rayon Polis Şöbəsinin sabiq polis rəisi Şirzad Əsgərov barədə səsləndirilən ittihamlara münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, 2020-ci ilin yanvar ayında Tovuz rayonunda azyaşlı qızın qətli ilə əlaqədar başlanılmış cinayət işinin istintaqı Baş Prokurorluqda aparılsa da, son zamanlar rayonun sabiq polis rəisi Şirzad Əsgərovun ünvanına ağır ittihamlar səsləndirilir:
“Qeyd olunan ittihamlar yalandır, uydurmadır və qərəzlidir. Hazırda təqaüddə olan Şirzad Əsgərov daxili işlər orqanlarında 40 ilə yaxın xidmət edib, dövlətini və xalqını sevən bir polis zabiti olub. 2020-ci ildə törədilən qətl hadisəsinin açılmasında həmin vaxt rayonun polis rəisi kimi Ş.Əsgərovun əməyi danılmazdır.
Cinayət işinin respublikanın Baş Prokurorluğu tərəfindən aparılmasını nəzərə alsaq, istintaqa kiminsə müdaxilə etməsi mümkün deyil və qanun da buna imkan vermir. Ona görə də sabiq polis zabiti haqqında uydurma və qərəzli ittihamlar səsləndirmək həm qanuni, həm də mənəvi baxımdan qətiyyən yolverilməzdir”.
“Şirzad Əsgərov daxili işlər orqanlarında xidmət etdiyi müddətdə qanunun aliliyini rəhbər tutan bir zabit olub. Hazırda təqaüddə olmasına baxmayaraq, bu gün də təcrübəli və peşəkar bir polis veteranı kimi bizim sıralarımızdadır”, - deyə E.Zahidov əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
12:54 12.10.2026
Gündəm
Sülh danışıqları üçün Ərdoğanın vasitəçi olmasını istədilər
12:51 12.10.2026
Gündəm
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm