DİN xəbərdarlıq etdi, hüquqşünas rəy verdi
Yusif Nəzərli
21:10 09.12.2021
Cəmiyyət
538
Oyuncaq silaha görə vətəndaşı polisə çağırmaq doğru deyil
Adəm Məmmədov: "Bu “silahla” kimsə hədələnibsə, ondan soyğunçuluq, xuliqanlıq məqsədilə, hədə-qorxu gəlmək, təhdid etmək üçün istifadə edilibsə, o zaman şəxs məsuliyyətə cəlb edilməlidir
"Sosial şəbəkələrdə, elan saytlarında oyuncaq silah satışı var. Əksəriyyəti isə dəmir konstruksiyalıdır".
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. Şöbə rəisi qeyd edib ki, oyuncaq silah əşyaları ilə bağlı hansısa qadağa yoxdur:
"Ancaq bu oyuncaq əşyanı alıb onu ictimai yerlərdə, beldə, avtomobilin görünən yerində gəzdirilməsi və saxlanılması ilə bağlı polis orqanlarına vətəndaşlardan məlumatlar daxil olur. Yoxlayırıq, araşdırırıq, müəyyən edib dəvət edirik - cavab verir ki, "oyuncaqdır, elə-belə gəzdirirəm". Bu, "elə-belə" gəzdirmə əməlinin adı nədir? Cavab verməkdə aciz qalır. Təbii ki, bu, bizə məlumdur, onu niyə və səbəbə gəzdirir. Bu özünü göstərməkdir? Bu özünü güclü təqdim etməkdir? Bu kiminsə diqqətini çəkməkdir? "Həmin şəxslərin diqqətinə çatdırın - bu, hansısa ictimai təhlükəli əmələ rəvac verə, yaxud kiminsə qorxmasına, həyəcanlanmasına, stres keçirməsinə səbəb ola bilər", - şöbə rəisi vurğulayıb.
Hüquqşünas Adəm Məmmədov “Şərq”ə açıqlamasında, yarı-zarafat, yarı-gerçək bildirdi ki, polis oyuncaq tapançanı əsl silahdan ayırd edə bilmirsə, özünə başqa peşə tapsın:
- Silahı görəndə bilinir ki, oyuncaqdır, yoxsa əsl silah. Rəngindən, çəkisindən, quruluşundan. Oyuncaq silahı, əsl silahdan ayırd etmək asan bir işdir. Nadir hallarda oyuncaq silahlar əsl silahlara oxşayır. Gərək necə bir dəqiqliklə hazırlansın ki, əsl silaha oxşasın, əsl silah görüntüsü yaratsın. ABŞ-da hər cür silah növləri açıq satışdadır. Almaq istəyən pulunu ödəyib alır, amma rəsmi qeydiyyatla. Düzdür, silahların vətəndaşlarda olması faciələr də yaradır. Ancaq qeyri-rəsmi də insanlar silah əldə edir və hər cür cinayət törədirlər. Oyuncaq silah vasitəsilə cinayət əməli törədilməyibsə, o, oyuncaq kimi də qəbul olunmalıdır. Buna görə vətəndaşı polis şöbəsinə dəvət etmək, onunla söhbət aparmaq doğru deyil.
Oyuncaq silah cinayət əməlində istifadə edildikdə, qanunvericilik onu silah olaraq qəbul edir. Bu “silahla” kimsə hədələnibsə, ondan soyğunçuluq, xuliqanlıq məqsədilə, hədə-qorxu gəlmək, təhdid etmək üçün istifadə edilibsə, o zaman şəxs məsuliyyətə cəlb edilməlidir. Belədə oyuncaq silah da əsl silah hesab ediləcək, çünki məhz bu silahla kimsə qorxudulub, hədələnib. Amma oyuncaq silahdan cinayət işlədilmirsə, o, təhlükəli deyil.
A.Məmmədov bunu da əlavə etdi ki, müharibədən qalib çıxmış xalqın silahlara marağının artması da anlaşılandır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi