
DİN yanında İctimai Şura vətəndaş müraciətləri ilə bağlı İşçi Qrup yaradıb
DİN yanında İctimai Şura vətəndaş müraciətləri ilə bağlı İşçi Qrup yaradıb
Yusif Nəzərli
07:24 13.10.2021
Cəmiyyət
331
Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın növbəti toplantısı keçirilib. Şura sədri Əliməmməd Nuriyev İctimai Şuranın son iclasında qəbul edilən qərarların icra vəziyyəti ilə bağlı iştirakçılara məlumat verib. Şura üzvü Taleh Şahsuvarov isə İctimai Şuranın qəbul etdiyi bəyanat və digər sənədlərlə bağlı məlumatların mediada işıqlandırılması vəziyyəti ilə bağlı üzvləri məlumatlandırıb.

“Sherg.az” xəbər verir ki, İctimai Şuraya daxil olun müraciətlər haqqında Şura sədrinin müavini Xalid Kazımov məlumat verib.
Xalid Kazımov Şura üzvlərinə 14 müraciət daxil olduğunu, onların hər biri ilə bağlı müvafiq addımların atıldığını və aidiyyati üzrə yönləndirildiyini qeyd edib. Şura sədri Ə.Nuriyev isə qeyd edib ki, müraciətlərdə qaldırılan problemlərin əksəriyyəti həllini tapıb: “Bütün müraciətlər diqqətlə araşdırılıb, təkliflər nəzərə alınıb, şikayət xarakterli olanlar isə DİN rəhbərliyinə yönəldilib və öz həllini tapıb”.
Ə.Nuriyev qeyd etdi ki, Şura adından Daxili İşlər Nazirliyinə ünvanlanan müraciətə də rəsmi cavab göndərilib.
Daxil olan müraciətlərin araşdırılıb həllini tapması üçün 3 nəfərdən ibarət işçi qrupu yaradılıb.
İclasda İctimai Şuranın ofisində işin təşkili ilə bağlı məsələ müzakirə edilib. Məsələ ilə bağlı Şura üzvləri təkliflərini səsləndirib, qərara alınıb ki, İctimai Şuranın sosial şəbəkə üzərindən hesabları yaradılsın.
DİN yanında İctimai Şuranın Fəaliyyət Planının layihəsi geniş müzakirə olunub və səsləndirilən təkliflər nəzərə alınmaqla qəbul edilib.
İctimai Şuranın gender əsaslı zorakılıq və narkomaniya əleyhinə mübarizəyə dəstək məqsədi ilə tədbirlərinin keçirilməsi qərara alınıb, hər iki tədbirə hazırlıq üzrə işçi qruplar yaradılıb.
İctimai Şuranın DİN-in müvafiq strukturları ilə görüşlər keçirməsinin vacibliyi qeyd olunub. Qərara alınb ki, vətəndaşlardan daxil olan müraciətlər və mövcud problemlər nəzərə alınmaqla konkret təkliflər hazırlanaraq belə görüşlərin keçirilməsinə hazırlıq görülsün.
Toplantıda, həmçinin, DİN yanında İctimai Şuranın 8 noyabr-Zəfər Günü ilə bağlı keçirəcəyi tədbirlər barədə təkliflər irəli sürülüb və qəbul olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət