Dövlət qurumundan işə qəbulla bağlı XƏBƏRDARLIQ
Yusif Nəzərli
14:42 27.07.2022
Cəmiyyət
441
Son vaxtlar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) işləmək üçün müraciət edənlərin sayı çoxalıb.
Bu barədə səhmdar cəmiyyətin açıqlamasında bildirilir.
Qurum bəyan edib ki, dənizçilərin işə qəbulu yaranmış tələbat daxilində ASCO-nun tabeliyində olan Azərbaycan Dövlət Dəniz Akademiyası və onun nəzdində Azərbaycan Dənizçilik Kollecinin məzunları arasından ASCO-nun “İnsan resurslarının idarəedilməsi Qaydaları”na uyğun olaraq müsabiqə yolu ilə aparılır.
“Bununla belə, ölkəmizdə dənizçilik üzrə fəaliyyət göstərən müxtəlif tədris kurslarının gələcəkdə ASCO-ya işə təminat vədləri verməklə bəzi şəxsləri təhsil almağa sövq etməsi ilə bağlı məlumatlar yayılmaqdadır. ASCO bütün maraqlı şəxslərin diqqətinə çatdırır ki, Azərbaycan Dövlət Dəniz Akademiyası və onun nəzdində Azərbaycan Dənizçilik Kollecindən başqa digər təhsil müəssisələri ASCO-ya aid deyil.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də çalışmaq istəyən bütün vətəndaşları məhz ASCO-nun tabeliyindəki təhsil ocaqlarında oxumağa dəvət edirik.
Hazırda ASCO-da elan olunan vakant yerlərə elektron qaydada müraciətlər davam edir.
Namizədlər ASCO-nun rəsmi saytının “Karyera” bölməsində yerləşdirilmiş elanlarda şərtlərlə tanış olduqdan sonra müraciət edə bilərlər”, - deyə açıqlamada qeyd olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat