
Ekspert hiddətləndi!- Bu hərbçilərə ağır cəza verilsin”- Dərs olsun!
Yusif Nəzərli
12:29 26.07.2022
Cəmiyyət
538
Ötən gün Azərbaycanda 7 hərbi qulluqçu və 1 nəfər Bərdə rayon sakini həbs edilib, daha 1 nəfər axtarılır. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları və qeyrilərindən ibarət cinayətkar dəstə iyulun 21-də 90 kq-dan artıq narkotik vasitəni sərhəddən keçirməyə çalışarkən qanunsuz əməlləri ifşa edilib.Baş prokuror tərəfindən qeyd olunan faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2, 206.3.3 (qaçaqmalçılıq), 234.4.1, 234.4.3 (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi), 240.3.2 (külli miqdarda güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) və 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Həbs olunan DSX hərbçiləri haqqında “Sherg.az”a danışan ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirib ki, faktın DSX tərəfindən açıqlanması məqamını nəzərə almaq lazımdır:
“Dövlət sərhədlərinin müdafiə və mühafizəsinə DSX birbaşa özü cavab verir. Ona görə də hadisənin aşkarlanması və sözügedən şəxslərin həbs olunmasının təşəbbüskarı DSX-nin rəhbərliyidir. Bu qurumun özünün istintaq idarəsi var. Yəni, onlar bu faktı özləri ictimailəşdiriblər ki, bir daha belə xəyanətkarlıq yaşanmasın. Buna görə DSX-ya təşəkkür etmək lazımdır. Çünki onlar bu haqda heç danışmaya bilərdilər, sakitcə araşdıra da bilərdilər”.
Ü.Cəfərov qeyd edib ki, 44 günlük savaşda da Dövlət Sərhəd Xidməti çox böyük işlər görüb:
“Vətən müharibəsinin qəhrəmanları sayılan generallardan ikisi DSX zabitidir. Onlardan biri DSX-nin rəis müavini, general-leytenant İlham Mehdiyevdir. O cümlədən digər müavin, general-leytenant Əfqan Nağıyev də döyüşlərdə qəhrəmanlıq göstərib, “Qarabağ” ordeni ilə təltif olunub. Bu xidmətlə bağlı hər hansı bir narazılıq yoxdur. Onlar böyük iş görürlər. “Təmizləmə” işi bütün qurumlarda aparılmalıdır.
Məhz bu cür prinsipiallıq və ləyaqətlə hər kəsə layiq olduğu qiymət verilməlidir. Doğru atılmış addımdır və bu addımı alqışlayıram. Sözügedən şəxslərə kimliyindən asılı olmaraq, sərhədlə bağlı məsələlərdə öz şəxsi mənafelərini güddüklərinə görə ağır cəzalar verilməlidir. Qoy digərlərinə dərs olsun”.
Qeyd edək ki, hazırda kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət