Nizami Tibb Mərkəzinə yeni baş həkim təyin olunub.
Axar.az Unikal.az-a istinadən xəbər verir ki, müvafiq əmrə əsasən, baş həkim vəzifəsinə Fikrət Əhmədov təyinat alıb.
O, bu gün kollektivə təqdim edilib.
F.Əhmədov 2014-cü ildən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Urologiya şöbəsinin müdiri vəzifəsində çalışırdı.
Qeyd edək ki, F.Əhmədov Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun oğludur.