Ərəb mətbuatı: “Azərbaycan  Qarabağda  məscidləri bərpa edir” 

Ərəb ölkələrinin nüfuzlu mətbuat orqanlarında Qarabağın dirçəldilməsilə bağlı məqalə dərc olunub. “Azərbaycan Qarabağı dünyanın ən inkişaf etmiş bölgəsinə çevirir” başlıqlı məqalənin müəllifi Milli Məclisin deputatı Könül Nurullayevadır. Millət vəkili qeyd edib ki, ötən il 44 günlük Vətən müharibəsində Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasını təmin etdi. 
Beləliklə, 30 ilə yaxın erməni işğalı altında qalan Qarabağ və Şərqi Zəngəzur bölgəsi nəhayət azaddır və bu bölgədə yeni inkişaf dövrü başlayıb.
 Yəni, faktiki bölgədə dayanıqlı sülh, inteqrasiya və əməkdaşlıq üçün tarixi şans yaranıb.
K.Nurullayeva qeyd edib ki, işğal dövründə Azərbaycana məxsus Qarabağda bütün şəhər və kəndlər, o cümlədən mədəni və dini irs abidələri yerlə-yeksan edilib. 
Bütün müsəlmanlara qarşı təhqir və nifrət zəminində məscidlər dağıdılıb,təhqir edilib, o cümlədən onlardan donuz və inək tövləsi kimi istifadə olunub.
 İndi Azərbaycan yerlə yeksan edilən Qarabağı və Şərqi Zəngəzuru  yenidən dirçəldir:
 “Ərazilərin azad olunmasından dərhal sonra genişmiqyaslı yenidənqurma işlərinə başlanıb və  artıq ilkin nəticələr var. 
Azərbaycan öz maliyyə resursları ilə yeni şəhər və kəndlər salır. Yeni məscidlər inşa olunur, Qarabağdan yenidən azan səsi gəlir. 
Məqalədə həmçinin qısa müddətdə inşa olunan unikal və beynəlxalq əhəmiyyətli infrastruktur layihələrə də toxunulub: 
“Cəmi 8 aya inşa olunan Füzuli Beynəlxalq Hava Limanı da bu bölgənin əsas nəqliyyat infrastrukturlarında biridir. Azərbaycan bu limanı inşa etməklə Qarabağın hava qapısını açmış oldu. 
Mürəkkəb relyef şəraitinə baxmayaraq, Azərbaycan Qarabağda daha iki hava limanı inşa etməkdədir. Məsələ burasındadır ki, bu ərazilərdə heç vaxt hava limanı olmayıb, Azərbaycan bununla ilkə imza atır. 
İlklərdən biri də “smart city” təcrübəsinin işğaldan azad olunan Zəngilan rayonunda tətbiqi bu bölgəyə 30 ildən sonra geri qayıdan sadə vətəndaşların rifahını ən yüksək səviyyədə təmin etməyə hesablanıb. 30 ilə yaxın müddətdə boz zona kimi qalan Qarabağ və Şərqi Zəngəzur bölgəsi indi xarici investorlar üçün cəlbedici mıəkana çevrilib. Dünyanın müxtəlif ölkələrini təmsil edən xarici şirkətlər bərpa prosesində fəal iştirak edərək, təbii resurslarla zəngin Qarabağı və Şərqi Zəngəzurun inkişafına töhfə verir. “
Qeyd edək ki, K.Nurullayevanın müəllifi olduğu məqalə Əlcəzair, Misir, İraq, Yəmən və Sudanın bir neçə nüfuzlu kütləvi informasiya vasitələrində dərc olunub.Qeyd edək ki, K.Nurullayevanın müəllifi olduğu məqalə Əlcəzair, Misir, İraq, Yəmən və Sudanın bir neçə nüfuzlu kütləvi informasiya vasitələrində dərc olunub.