"Ermənistan ordusunda sabit nizam yoxdur"
Yusif Nəzərli
21:22 15.10.2021
Cəmiyyət
527
Elman Vəliyev: "Ermənistanın əsas məqsədi odur ki, atışmaları Azərbaycan tərəfinin üzərinə atsın"
Son vaxtlar Ermənistan ordusunda intihar və qəsdən törədilən ölüm halları kəskin artıb. Düşmən ordusundakı nizamsızlıq, hərc-mərclik çox vaxt qətllərə, qeyri-insani hərəkətlərə gətirib çıxarır. Oktyabrın 14-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri arasında atışmanın baş verməsi qeyd etdiyimiz faktların təsdiqidir.
Əvvəlcə qarşı tərəfin bir neçə sərxoş silahlısı digər yoldaşları ilə əlbəyaxa davaya çıxıb. Sonra onların olduqları yerdə partlayış müşahidə edilib. Qeyd edək ki, atışma nəticəsində qarşı tərəfdən ölən və yaralananlar olub. Şübhəsiz ki, erməni ordusundakı qanlı cinayətlər birdən-birə ortaya çıxmır. Bəs, bu cür hadisələrin baş vermə səbəbləri nələrdir?
Məsələ ilə bağlı politoloq Elman Vəliyev "Şərq"ə açıqlamasında bildirib ki, ümumiyyətlə, Ermənistan ordusunda sabit bir nizam yoxdur. Politoloq vurğulayıb ki, bu, Paşinyana qarşı ordunun çevriliş cəhdində də aydın göründü:
"Qeyd edim ki, orduya rəhbərlik edən yüksək rütbəlilərin bəziləri "Qarabağ klanı"nın adamlarıdır. Çevriliş cəhdindən sonra Paşinyan onların bir neçəsinin qələmini qırdı. Lakin bunun hələ də közü qalmaqdadır".
E.Vəliyev qeyd edib ki, bu atışmalar çox zaman məqsədyönlü şəkildə edilir:
"Ermənistanın əsas məqsədi odur ki, atışmaları Azərbaycan tərəfinin üzərinə atsın. Bu cür məqsədyönlü təxribatlar Ermənistan tərəfinin ən çox istifadə etdiyi hiylədir. Çünki o, atəşkəsi pozaraq və təxribatlar törədərək, guya, bunu edənin Azərbaycan tərəfi olduğunu Həm Rusiya, həm də digər dövlətlərə göstərməyə çalışır. Yəni bu, Ermənistanın istifadə etdiyi üsullardan biridir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət