Əziz Sancarın adına laboratoriyanın açılışı oldu - FOTO
Yusif Nəzərli
10:19 06.12.2021
Cəmiyyət
792
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Sancar adına Qida təhlükəsizliyi laboratoriyasının açılışı olub.
Qurumdan Oxu.Az-a verilən məlumata görə, BP-nin dəstəyi ilə UNEC-in 3 saylı tədris binasında yaradılan laboratoriyanın açılışında Nobel mükafatçısı professor Əziz Sancar, UNEC-in rektoru professor Ədalət Muradov, BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli iştirak ediblər.
Müasir texnologiyalarla və avadanlıqlarla təchiz olunan laboratoriya ilə tanışlıq zamanı Əziz Sancara bildirilib ki, laboratoriya “Qida məhsullarının texnologiyası” kafedrasının nəzdində fəaliyyət göstərir.
Laboratoriyada elmi-praktiki araşdırmalar, tədqiqatlar və ekspertizalar aparılacaq, qida məhsullarının müvafiq standartlara, tələblərə uyğunluğunun qiymətləndirilməsi, eləcə də qida məhsullarının keyfiyyət göstəriciləri üzrə laboratoriya analizi həyata keçiriləcək.
Həmçinin qida sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflər, normativ-hüquqi aktlar, metodiki materiallar işlənib hazırlanacaq, qida məhsullarının texnologiyası sahəsindəki islahatların elmi və praktiki əsaslandırılması aparılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat