FHN əhaliyə müraciət edib
Yusif Nəzərli
05:58 12.02.2024
Cəmiyyət
585
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.
FHN-dən Sherg.az-a verilən məlumata görə, bu çərçivədə, respublika ərazisində baş verən yanğınların Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış statistik təhlili göstərir ki, yanğınların böyük əksəriyyəti yaşayış sektorunun payına düşür. Yaşayış sektorunda baş verən yanğınların isə təqribən 50 faizi elektrik avadanlıqlarının, 15 faizi qaz cihazlarının (qurğularının) quraşdırılması və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəbindən baş verir. Bununla yanaşı, odla ehtiyatsızlıq, uşaqların nəzarətsiz qalması və s. kimi səbəblər də yanğınların baş verməsində əsas faktorlardandır.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, aşağıda göstərilən mühüm yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladır:
- elektrik və qaz şəbəkəsinin quraşdırılmasını yalnız mütəxəssislərə həvalə edin və bu məqsədlə keyfiyyətli məhsullardan istifadə edin!
- standartlara uyğun olmayan qaz cihazlarından istifadə yanğın və partlayış təhlükəsi yaratdığından, onların istismarına yol verməyin!
- elektrik xətləri və uzadıcılarını həddindən artıq yükləməyin!
- elektrik avadanlıqları və qaz cihazlarını işlək vəziyyətdə qoyub mənzili tərk etməyin!
- mənzil daxilində, eyvan və pilləkən qəfəslərində tezalışan yanar maddə saxlamayın!
- mənzilə daxil olarkən qaz qoxusu hiss etdikdə işığı yandırmayın, qapı-pəncərələri açın, mənzilə qazın girişini bağlayın və mütəxəssis çağırın!
- uşaqları nəzarətsiz qoymayın, onların elektrik və qaz cihazlarından istifadəsinə yol verməyin!
- tam söndürülməmiş kibrit və siqaret kötüyünü zibil qutusuna və ya eyvandan atmayın!
Göstərilən sadə, lakin çox vacib təhlükəsizlik qaydalarına əməl etməklə, həyat və sağlamlığa, əmlaka mümkün zərərlərin qarşısı alınmış olacaq!
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng vurun!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağ Ev Pentaqona İrana zərbələrlə bağlı tapşırıq verdi
02:46 08.10.2026
Son dəqiqə
Tramp FTB-ni həyat yoldaşı və oğlunu izləməkdə ittiham edib
01:21 08.10.2026
Aktual
Qətər sahillərində tankerə zərbə endirildi
00:59 08.10.2026
Gündəm
KİV: İran və ABŞ arasında vasitəçilik səyləri dalana dirənib
00:20 08.10.2026
Aktual
Əgər mənə Nobel mükafatını verməsələr... - Tramp
22:39 07.10.2026
Dünya
Şirvanda 18 yaşlı gənc bıçaqlanıb
22:02 07.10.2026
Hadisə
Sabunçuda hərəkət qismən məhdudlaşdırılacaq
21:37 07.10.2026
Cəmiyyət
Litva Kalininqrad sərhədinə ordu yerləşdirmək istəyir
21:20 07.10.2026
Dünya
Lerikdə iki yol qəzası olub, xəsarət alanlar var
20:40 07.10.2026
Hadisə
Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi
20:31 07.10.2026
Sosial
Prezident Messidən danışdı: İnanılmazdır!
20:23 07.10.2026
Futbol
Zelim Tçkayev: Rəqibim güclü idi, heç bir bəhanə yoxdur
20:12 07.10.2026
İdman
Rusiya Çerniqova hücum etdi: 18 ölü, 55 yaralı
20:04 07.10.2026
Gündəm
Ukrayna beş fərqli atəşkəs formatı üzərində işləyir
19:40 07.10.2026
Dünya
Messidən sonra Argentina millisində 10 nömrə üçün 3 namizəd
19:33 07.10.2026
Futbol