Füzulidə üç sinfə Vətən müharibəsi şəhidlərinin adları verilib
16:46 19.12.2021
Cəmiyyət
805
Füzulidə şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilir. Növbəti dəfə rayonun Böyük Bəhmənli kəndində üç sinfə Vətən müharibəsi şəhidlərinin adları verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli rayonu Böyük Bəhmənli kənd şəhid Ehtiram Piriyev adına 1 nömrəli tam orta məktəbində Vətən müharibəsi şəhidləri Əliyev Şamil Xançoban oğlu, Süleymanov Elçin Tehran oğlu, Qubatov Tural Firəddin oğlu, Talıbov Məhəmməd Aydın oğlunun adlarının əbədiləşdirilməsi məqsədilə sinif otaqlarına adları verilib.
Bununla əlaqədar məktəbdə keçirilən tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin əməkdaşları, şəhid ailələri, qazilər və məktəb kollektivi iştirak ediblər. Əvvəlcə Vətən uğrunda canını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda 44 günlük Zəfər yürüşündən söhbət açılıb. Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu əsl qəhrəmanlıq nümayiş etdirərək Vətən torpaqlarını yağı düşməndən azad etdi. Bu şanlı tarixi qələbədə şəhidlərimizin əvəzsiz xidmətlərindən danışılıb. Bildirilib ki, onlar canlarını Vətən uğrunda fəda etməklə həm də gələcək nəsillər üçün vətənpərvərlik örnəyi olublar və şəhidlərin əziz xatirəsi daim qəlblərdə yaşayacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat