
Gərəksiz siqnal verənlərə qarşı mübarizə başlayır
Yusif Nəzərli
11:39 18.02.2024
Cəmiyyət
843
Cərimələrlə sürücülərdə mədəni davranışlar formalaşdırmaq mümkündür
Ölkəmizdə, xüsusən də paytaxt Bakıda yol hərəkəti mədəniyyəti ilə bağlı ən ciddi problemlərdən biri avtomobillərin səs siqnalları ilə bağlıdır. Çox vaxt şəhərin mərkəzi küçələrində artıq ənənə halını almış tıxac səbəbindən sürücülərin müxtəlif səsli siqnallardan istifadə etməsinin də şahidi oluruq. Paytaxt sakinləri səhər saatlarından axşama kimi siqnalın səsindən haqlı olaraq şikayət edirlər.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi səs siqnallarından istifadə qaydaları barədə məlumat yayıb. İdarədən verilən məlumatda deyilir ki, son zamanlar paytaxt ərazisində bir çox hallarda səs siqnallarından yersiz istifadə olunması, digər hərəkət iştirakçılarının, eləcə də ətrafda yaşayan sakinlərin ciddi narazılığına və narahatlığına səbəb olur”.
Qanunvericiliyə görə, əhalinin sıx məskunlaşdığı ərazilərdə sürücülərin çoxsəsli siqnallardan istifadə etməyi qadağandır. Bunun üçün Bakı şəhərinin bir çox ərazilərində “siqnal vermək qadağandır” yol nişanı qoyulub. Əhalinin dincliyini nümayişkaranə şəkildə pozan xüsusi səs və ya sayrışan işıq siqnallarından istifadə edilməsinə görə inzibati cəzalar tətbiq olunur. “Yol hərəkəti haqqında” Qanunda göstərilir ki, səs siqnalı yalnız yaşayış məntəqəsindən kənarda ötmə əməliyyatı aparmaq niyyəti ilə qarşıda hərəkət edən sürücünü xəbərdar etmək məqsədilə və yol nəqliyyat hadisəsinin qarşısını almaq niyyətilə istifadə edilə bilər. Bu zaman da yalnız birsəsli siqnaldan istifadə olunmalıdır ki, onun da səs tonu 85 desibeldən yüksək olmamalıdır. Qeyd edilən hallardan başqa, səs siqnallarından istifadə olunması İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən inzibati məsuliyyət yaradır. BDYPİ bütün sürücülərdən qanunda nəzərdə tutulan qaydalara ciddi riayət etmələrini xahiş edib.
Xəbərdarlıqdan da göründüyü kimi əhalinin sıx məskunlaşdığı ərazilərdə sürücülərin çoxsəsli siqnallardan istifadə etməyi qadağandır. Bunun üçün Bakı şəhərinin bir çox ərazilərində “siqnal vermək qadağandır” yol nişanı qoyulub. Əhalinin dincliyini nümayişkaranə şəkildə pozan xüsusi səs və ya sayrışan işıq siqnallarından istifadə edilməsinə görə inzibati cəzalar tətbiq olunur.
Görəsən, dünya ölkələri yersiz siqnal səsləri ilə necə mübarizə aparır?
Ekspertlər hesab edir ki, cərimə sistemi belə sürücüləri yolundan döndərə bilmirsə, çarə onları öyrətməyə və maarifləndirməyə qalıb.
Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Mərkəzinin rəhbəri İlqar Hüseynlinin “Sherg.az”a açıqlamasına görə, yersiz siqnallardan istifadəyə görə İnzibati Xətalar Məcəlləsinin 329-cu maddəsinə əsasən, həmin şəxslər 30 manat cərimələ oluna bilərlər:
“Sürücülərin bu siqnallardan istifadə etməsinə şərait yaradan bir sıra amillər var. Bunlardan biri avtomobil sıxlığının tıxaclara çevrilməsi, məsuliyyətsiz piyadaların qəfil avtomobil yoluna çıxmasıdır. Lakin bütün bu problemlərin mövcudluğu sürücülərin yerli-yersiz səs siqnallarından istifadə etməsinə haqq qazandırmır.
Siqnal verən sürücünü aşkar etməyin elə də asan məsələ olmadığını vurğulayan ekspert deyib ki, sübut etmək çətin olduğundan “siqnal verən mən deyildim” deyərək məsuliyyətdən boyun qaçırmaları mümkündür. Digər qayda pozuntularından fərqli olaraq müşahidə kameraları ilə hansı sürücünün siqnal verdiyini ayırd etmək olmur. Bu bir növ insanların daxili mədəniyyəti və məsuliyyətindən asılı bir məsələdir. Amma cərimələrlə sürücülərdə mədəni davranışlar formalaşdırmaq mümkündür. Necə ki, təhlükəsizlik kəməri taxmadığı üçün cərimələnən sürücülərin sayı artdıqca kəmərdən istifadə edənlərin sayı artmağa başladı”.

Dünya təcrübəsinə gəldikdə isə İ.Hüseynli deyib ki, inkişaf etmiş ölkələrdə elə küçələr var ki, orada xüsusi yol hərəkəti işarəsi olan lövhənin üzərində adi siqnallardan istifadənin qadağan olunduğu barədə bildiriş var:
“Yaxud da lövhənin üzərində hansı saatlarda adi siqnallardan istifadə edilməsinin qadağan olunduğu qeyd edilir. Bakıda isə belə lövhələr barmaqla sayılacaq qədərdir. Hindistanda sürücülərin lazımsız yerə siqnal verməsinin qarşısını almaq üçün işıqforlara səs ölçən qurğular quraşdırılıb. Nə qədər çox siqnal versən, bir o qədər də gözləyəcəksən” şüarı ilə yeni sistem ölkədə təqdim edilib. ABŞ-nin bəzi ştatlarında isə axşam saat 9-dan sonra siqnal vermək qadağandır. Bununla da, ətrafda yaşayan sakinlərin dincliyini qoruyurlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bruklin Bekhem xanımı ilə
04:14 12.08.2026
Şou
Arıqlamaq istəyənlərin nəzərinə
03:33 12.08.2026
Sağlamlıq
Rumıniya Qara dənizdə iki PUA-nı vurdu
02:54 12.08.2026
Dünya
Kriştianu Ronaldu və Corcina Rodriqes evləndilər
02:22 12.08.2026
İdman
Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb
01:01 12.08.2026
Siyasət
Gəncədə evdən yeniyetmə qızın meyiti tapılıb
00:17 12.08.2026
Hadisə
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin etdi
23:56 11.08.2026
Futbol
İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
22:47 11.08.2026
Rəsmi
Prezident Naxçıvan şəhərinin Baş Planı ilə tanış olub
22:30 11.08.2026
Rəsmi
Mahmud Abbas Ankarada: Ərdoğanla görüşəcək
22:21 11.08.2026
Dünya
"Naxçıvan" Mehmanxana Kompleksinin təməli qoyuldu
22:13 11.08.2026
Rəsmi
Prezident Döyüş bayraqlarının verilməsi mərasimində
22:06 11.08.2026
Rəsmi
Rubio Gilmanın azadlığa buraxılmasına görə Rusiyaya təşəkkür etdi
21:26 11.08.2026
Dünya
Bakının bu rayonlarında qaz olmayacaq
21:12 11.08.2026
Cəmiyyət
“Dərnəgül” elektrik deposu ilk qatarını qəbul edib
20:57 11.08.2026
İnfrastruktur