“Girovlar Prezidentin iradəsi sayəsində azad edildilər”
Fidan Həmişəyeva
12:52 15.12.2020
Cəmiyyət
627
Dünən erməni əsirliyində olan 9 nəfər vətəndaşımız Azərbaycana qaytarılıb. Bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında deyilir.
Xəbərdə deyilir ki, beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılmasına başlanıb. Girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub.
Dövlət Komissiyası Azərbaycan vətəndaşları olan əsir və girovların, o cümlədən 2014-cü ilin iyulundan erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsinin təmin edildiyini bildirib. Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra azad olunmuş şəxslər ailələrinə qovuşacaqlar.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Sherg.az”a bildirib ki, girovlar vətənə qayıtması çox sevindirici haldır:
“Ən çox Dilqəm Əsgərov və Şahbaz Quliyevin geri qaytarılmasına sevindim.
Girovlarımız haqqında Avropa Şurasında məsələ qaldırmışdıq, amma heç bir reaksiya olmurdu.
Bu gün girovlar cənab Prezidentin iradəsi sayəsində azad edildilər.
Digər əsirlərimizin də ölkəmizə qayıtması sevindiricidir. Beynəlxalq aləmdə müharibədən sonra əsirlərin dəyişdirilməsi yaxşı ənənədir.
Erməni əsirlərinin qaytarılmasına da normal yanaşıram. Bütün bunlar müharibənin yox, sülhün missiyasıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi