
Hər kim minaya düşərsə, günah onun özündədir – Gizli yollarla keçirlər!
Yusif Nəzərli
09:51 10.12.2021
Cəmiyyət
763
İşğaldan azad olunan ərazilərdə minaya düşərək həlak olan şəxslərin sayı açıqlanıb. Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, 10 noyabr 2020-ci il tarixindən hazırkı vaxtadək işğaldan azad edilən ərazilərdə minaya düşmələri nəticəsində 7 hərbi qulluqçu, 29 mülki şəxs həlak olub, 109 hərbi qulluqçu, 44 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Maraqlıdır, necə olur ki, vətəndaşlar qanunsuz şəkildə minalanmış ərazilərə keçə bilirlər? Ümumiyyətlə, bu halların qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Sualımızı cavablandıran "Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Asəf Əliyev “Sherg.az”ac hər bir vətəndaşın özündə məsuliyyətsizlik gördüyünü deyib:
"Əslində, minalanmış ərazilərə keçmək qadağandır. Amma insanlar hansısa yollarla bu ərazilərə keçirlər. Əksəriyyəti də həmin kəndlərdə, rayonlarda qalan, hər bir yolunu, cığırını bilən insanlardır. Elə yer var ki, orada hərbi qulluqçu dayanmır. Həmin ərazilərə gizli yollarla gedirlər”.
A.Əliyev hesab edir ki, heç bir səlahiyyətli şəxsdə günah yoxdur:
"Demək olar ki, insanları ora buraxmırlar. Bəziləri düşünə bilər ki, onları həmin ərazilərə icazəsiz buraxırlar, nəticədə də minaya düşürlər. Amma elə deyil. Özüm dəfələrlə rayon səfərlərində olmuşam. Şuşa, Ağdam və s. fərq etməz.
Orada verilən proqram, xəritə çərçivəsində hərəkət etməlisən. Biz dövlət səviyyəli tədbirlərdə olanda nəzarətçilər yanımızda olurdu.
Fərqli statusda olan hər bir şəxs də hərbçilərin nəzarətilə hüdudlardan kənara çıxa bilmir. Lakin vətəndaşlar özləri laqeyd yanaşır, gizli şəkildə bunu edirlər.
Təəssüf ki, belə hadisələr də bundan baş verir. Heç bir səlahiyyətli şəxsdə günah yoxdur”.
Cəmilə ƏZİM
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi