Hüseyn Həsənovun vergi işi prokurorluğa göndərildi

Rusiyada bloger Hüseyn Həsənovun 170 milyon rubl məbləğində vergi ödəməməsi ilə bağlı cinayət işi prokurorluğa daxil olub.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd edilib ki, iş üzrə aparılan ilkin istintaq başa çatdırılıb və materiallar baxılması üçün prokurorluğa təqdim edilib.

Xatırladaq ki, Rusiya Daxili İşlər Nazirliyi Hüseyn Həsənovu axtarışa verib.