Kənan MM və Orxan Saffari arasında barışıq əldə olunub - YENİLƏNİB

Rejissor Kənan Mahmudov (Kənan MM) və yazıçı Orxan Saffari arasında barışıq əldə olunub.

APA-nın xəbərinə görə, bu barədə Orxan Saffari bildirib.

O, “xoşagəlməz məsələnin polislərin iştirakı ilə sonlandığını” qeyd edib.

***

18:35

Rejissor Kənan Mahmudov və yazıçı Orxan Saffari Polis İdarəsinə dəvət olunub.

APA-nın xəbərinə görə, onlar bu gün Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə çağırılıblar.

Hazırda onların ifadələri alınır.

Xatırladaq ki, ötən gün Kənan Mahmudovla Orxan Saffari arasında sosial şəbəkədə mübahisə yaranıb. Buna səbəb Orxan Saffarinin Kənan Mahmudov barəsində paylaşdığı tənqidi yazı olub. Bundan sonra Kənan Mahmudov yazıçı haqqında təhqiramiz ifadələr işlədib.